Bu gün Müsavatda yenə seçki keçirilir
11-10-2014, 10:50
Oxunub: 3 397
Məclis sədri və İcra Aparatının rəhbəri kimlər ola bilər?
Bu gün Müsavat Partiyası Məclisinin iclası keçiriləcək. Toplantıda qurultaydakı seçkilərdə boş qalmış Məclis üzvü yerinə, həmçinin Mərkəzi Nəzarət Təftiş Komissiyasında boş olan 7 yerə seçkilər keçiriləcək. Artıq dünəndən namizədlərin irəli sürülmə müddəti başa çatıb.
Musavat.com bildirir ki, hazırda müsavatçılar arasında müzakirə edilən məsələlər sırasında əsas yeri Məclis sədrinin və partiyanın Mərkəzi İcra Aparatı rəhbərinin kimlər olacağı tutur. Qeyd edək ki, nizamnamənin tələbinə görə Məclis sədri partiyada başqandan sonra ikinci postdur. Məclis sədri Məclis üzvləri sırasından gizli səsvermə ilə seçilir.
Mərkəzi İcra Aparatının rəhbərini isə partiyanın başqanı təyin edir. Bu post Müsavatda faktiki olaraq generator rolunu oynayır. Partiyanın strukturları, rayon şöbələri ilə birbaşa olaraq Mərkəzi İcra Aparatının rəhbəri işləyir. Qurultaya qədər həmin vəzifədə Arif Hacılı təmsil olunurdu.
Məclis sədri və Mərkəzi İcra Aparatının rəhbəri vəzifələri partiyada mühüm postlar olduğundan orada təmsilçilik əldə etmək istəyənlər az deyil. Saytın əldə etdiyi məlumatlara görə, Müsavat Məclisinin sədrliyinə tanınmış müsavatçı, vəkil Osman Kazımov, başqanın sabiq müavini Gülağa Aslanlı, Məclis üzvü Nüşabə Sadıqlı, başqanlığa sabiq namizəd Tural Abbaslı iddialıdırlar.
Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsinə yeni başqanın kimi təyin edəcəyi barədə isə ehtimallar irəli sürülür. Bildirilir ki, Gülağa Aslanlının Məclis sədri olmayacağı halda bu posta təyin edilmək şansı yüksəkdir. Müsavat Məclisinin üzvü Elman Fəttahın və Tural Abbaslının da Mərkəzi İcra Aparatının rəhbəri təyin olunmaq şanslarının olduğu deyilir. Mənbənin sözlərinə görə, baxmayaraq ki, Tural Abbaslı başqan seçkilərində Arif Hacılının rəqiblərindən biri olub, yeni başqanın jest olaraq Abbaslını sözügedən vəzifəyə təyin etməsi istisna deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər