BolgeXeber.Com » Gündəm » “Əmrahbank”ın Səbail filialinin müdiri haqda dələduzluq ittihamı - Şikayət

“Əmrahbank”ın Səbail filialinin müdiri haqda dələduzluq ittihamı - Şikayət

11-10-2014, 14:50
Oxunub: 5 018 "Kapital”bankın Sabunçu rayonunda yerləşən 2 saylı filialının müdiri olmuş Rəmiyyəddin Məmmədovun adı ərtafında qalmaqal yaranıb

Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi, ev 39 A ünvanında yaşayan Məmmədov Zülfüqar Xıdır oğlu keçmiş filial müdirinə qarşı ittihamlar səsləndirib.
Redaksiyaya müraciət edən Z.Məmmədov filial müdirinin əvvəllər "Kapitalbank”da işləyən, hazırda həbsdə olan oğlu Faiq Məmmədovu qanunsuz həbs etdirdiyini bildirib: "2008-ci ilin sonunda "Kapital” bankın Sabunçu rayonundakı 2 saylı filialının müdiri Rəmiyyədin Məmmədov evimizə gələrək bankda 180-200 min manata qədər borcu olduğunu və yoxlama gələcəyi üçün pulun ödənilməsində ona kömək etməyimizi xahiş etdi. Mənim evimin sənədləri qaydasında olmadığı üçün qaynımın yoldaşı Xalidənin evini girov qoyaraq adıma kredit götürdülər. Nə bankda oldum, nə də kassadan pulu kimin götürdüyünü, nə qədər götürüldüyünü bildim. Müqavilə sənədlərini də mən xəstəxanada işləyən zaman müdirin qardaşı imzalamam üçün gətirdi. Bir il müddətinə evimin sənədlərini düzəltdim. Filial müdiri danışdığımız kimi mənim evimi girova salıb qonşum Gülməmmədov Elbrus Şükür oğlunun adına sahibkarlıq krediti düzəltdi. Hətta bu iş üçün 50 000 manat "şapka” verdiyini bildirdi. Elbrusu da aldadaraq sənədə qol çəkdirdi. Oğlum həmin bankda işlədiyinə görə o qədər də narahat olmurdum. Ancaq sonra bildim ki, qonşum Elbrusun xəbəri olmadan onun adına 25500 manat kredit qeydiyyatdan keçib. Daha sonra mən evin sənədləri ilə maraqlandıqda Rəmyəddin mənə oğlumun borclarını ödədiyini dedi. Bu xəbər bizi şoka saldı. Həyat yoldaşım fikirdən xəstəlik tapdı, 3ay sonra 57 yaşında rəhmətə getdi.Mən xəstələndim, əməliyyat oldum, çətinliklə ayağa durdum. Sonra anam rəhmətə getdi”.
Şikayətçinin sözlərinə görə, filial müdiri ümumilikdə onlara məxsus 4 evi girov qoyaraq 600 000 manata yaxın pulu mənimsəyib. Çünki evlər girov qoyularaq kredit götürülsə də bankın borcu 5 ildən sonra da ödənməmiş qalıb. Bütün bunlardan sonra şikayətçinin həmin bankda işləyən oğlu Faiq 2012-ci ildə işdən çıxarılıb: "Bundan sonra bankın müdiri bütün kredit götürmüş müştəriləri mənim evimə göndərirdi ki, pulunuzu Faiq mənimsəyib. Oğlum cinayətkar idisə niyə 7 il ərzində bankda kredit şöbəsində müdir işlədirdi? 2005-2012- ci illərdə bankda aparılan audit yoxlamalarının nəticələri pis idisə elə onda həbs olunardı. O, kiçik oğlum Rafiqi aldadaraq evini ələ keçirib. Korrupsiyaya qarşı Mübarizə İdarəsinə Faiqlə bağlı şikayət edib. Sonradan məlum oldu ki,o, 2 il Faiqin maaş kartını özündə saxlayıb. Hədə-qorxu gəlib ki, bütün məsələləri boynuna götürməsə uşağını oğurladacaq”.
Şikasyətçi bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Haciyevin sədrliyi ilə işə qeyri- obyektiv baxılıb: "İşdə təqsiri olan "Kapital” bankın 2 saylı filialının keçmiş müdiri olan Rəmyəddin Məmmədov, kassiri və baş mühasibin günahkar olmaları üzə çıxsa da, onlar məsulliyyətdən kənarda qaldı. Dövlət ittihamçısı oğluma 9 il 6 ay həbs istəməsinə baxmayaraq, hakim Əfqan Hacıyev 11 il iş kəsdi. Bu da işin sifarişli olmasını bir daha sübut edir. Hətta oğlumun 2 azyaşlı uşağı olması və Bexterov (onurğa sümüyü xəstəliyi) nəzərə alınmadı. Oğlumun şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən nöqsanların olduğu qeyd edildi və iş təkrar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Amma oğlumun həbsinə, 4 evimin girova qoyularaq 600 min manatın mənimsənilməsinə günahkar olan Ramiyəddi Məmmədov nəinki azadlıqdadır, hətta bizdə olan məlumata görə hazırda "Əmrahbank”ın Səbail filialinin müdiridir”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(interpress.az)