Bu günə olan astroloji proqnoz
13-10-2014, 00:40
Oxunub: 2 487
QOÇ – Perspektivlərinizin reallaşması üçün bir qədər mürəkkəb gündür
Hətta vəzifə pilləsində müəyyən uğursuzluq ehtimalınız da var. Tərəddüd etdiyiniz məsələlərdə təcrübəli insanlarla məsləhətləşmələr aparın.
BUĞA — Saat 11-ə qədərki vaxtı nəzərə almasaq, bu təqvimin bəhrəsini hər addımda görəcəksiniz. Vəzifəli şəxslərlə ünsiyyəti dərinləşdirin. Əmin olun ki, müzakirələrdən asılı olaraq həyatınız dəyişəcək.
ƏKİZLƏR — Günboyu qazanc əldə etmək üçün yaxşı imkanlarınız olacaq. Vaxtın darlığını nəzərə alıb yarımçıq işlərinizi tezliklə yekunlaşdırmağa çalışın. Əks təqdirdə qarşıdakı həftəni problemli keçirəcəksiniz.
XƏRÇƏNG — Daxilinizdə mövcud olan ümumi gərginliyi dəf etmək üçün mübarək insanlarla ünsiyyət qurun, ziyarətlərə baş çəkin. Ulduzlar saat 15-dən sonra ovqatınızda müsbət dönüş seziləcəyini bildirir.
ŞİR — Astroloji göstəricilər daha çox şəxsi büdcənizin artacağından xəbər verir. Hətta bunun naminə digər məsələləri ikinci plana da sala bilərsiniz. Qısası, bu gün cibiniz boş qalmamalıdır. Uzaq yola çıxmayın.
QIZ — İxtiyarınızda olan bu gün sizin üçün çox sakit keçəcək. Amma kiməsə borc vermək uğurlu deyil. Hüquqi sənədlərinizi qaydasına salın. Valideynlərinizə, yaşlı qohumlarınıza diqqəti artırın.
TƏRƏZİ — Kosmik ahəngə uyğunlaşmağı bacarsanız, qayğılarınız da azalacaq. Qlobal problemlərinizin həll olunması üçün canfəşanlığınızı artırmalısınız. İş yerini dəyişmək barədə tələskənlik etməyin.
ƏQRƏB — Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Amma nəzərdə tutduğunuz ideyaları həyata keçirmək üçün mütləq risk etməlisiniz. Onsuz da əksər işləriniz risklər hesabına reallaşır.
OXATAN — Qarşınızda uğurlu bir gün durur, paralel olaraq bir neçə işdə fəaliyyət göstərə bilərsiniz. Hadisələrin müsbət inkişafı daha şanslı olmağınıza şərait yaradacaq. Rəhbərliklə mehriban davranın.
OĞLAQ — Ümumi ab-hava əsəblərinizə mənfi təsir göstərsə də, bu, qarşınıza qoyduğunuz məqsədlərə yetişməkdə sizə mane olmayacaq. Hərdəmxəyallıq, acıdillilik etməyin. Xeyir işlərə dəvətdən yayınmayın.
SUTÖKƏN — Ulduzlar saat 16-ya qədər ayıq-sayıqlığınızı artırmağınızı məsləhət görür. Ələlxüsus da fəaliyyət zəminində baş verən bütün proseslərdə neytrallıq nümayiş etdirməlisiniz. Səfərə çıxmaq olmaz.
BALIQLAR — Gün ərzində aldığınız heç bir dəvətə «yox» deməyin. Çünki astroloji göstəricilər tarixi bir gün yaşayacağınızı bildirir. Fürsəti fövtə verməmək lazımdır. Amma özünüzü bədxah adamlardan qoruyun.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər