BolgeXeber.Com » Gündəm » Səlim Müslümov Ənvər Seyidəliyevi dəyişikliklər dalğasından qurtara biləcək?
Səlim Müslümov Ənvər Seyidəliyevi dəyişikliklər dalğasından qurtara biləcək?
13-10-2014, 11:10
Oxunub: 4 217
Fazil Məmmədov bunu bacarmadısa…
Keçən həftə həm də çoxdandır yola salınacağı anons edilən Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysovun görəvdən alınması ilə yadda qaldı. Bildirək ki, iqtidara aid bir çox dairələrdə özünə qarşı qıcıq yaratmağa müvəffəq olmuş Nazim Veysov da Vergilər Naziri Fazil Məmmədova yaxın birisi idi, onu Şəmkir RİH başçısı postunda əvəzləyən Alimpaşa Məmmədov da.«Dəyişikliklər bununla bitməyəcək» deyən nazirlər kabinetindəki mötəbər mənbə Dia.az-a verdiyi məlumatında vurğulayır ki, artıq iki rayonun icra hakimiyyətinin başçısının fəaliyyəti təftişə götürülüb: «Onlardan biri Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevdir. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yaxın qohumu olan Ənvər Seyidəliyevlə bağlı da iqtidar cinahında birmənalı mövqe mövcud deyil. Yəni Nazim Veysovla bağlı yaranmış situasiyanın anoloqunu da elə Seyidəliyev yaşamaqdadır. Buradan da yola çıxsaq, deyə bilərik ki, Ağsuda gözlənilən icra başçısı dəyişikliyinə Səlim Müslümov hansısa formada təsir göstərə bilməyəcək».
Onu da bildirək ki, redaksiyamıza hansı rayonun rəhbərinin 2015-ci il parlament seçkilərinə qədər vəzifəsindən azad ediləcəyi haqda yetərincə informasiyalar daxil olub. Bu məlumatları cəmləşdirərək, geniş araşdırma yazısı hazırlayırıq. Diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər