BolgeXeber.Com » Gündəm » DİN-in idarə rəisi müğənninin kafesindəki əxlaqsızlıq yuvasından danışdı

DİN-in idarə rəisi müğənninin kafesindəki əxlaqsızlıq yuvasından danışdı

13-10-2014, 13:05
Oxunub: 3 926 Yusif Mustafayev həmin kafenin qaynına məxsus olduğunu təsdiqləmişdi

DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Şərif Əsədullayev müğənni Elçin Hüseynova məxsus olan “New life“ çay evində əxlaqsızlıq yuvasının aşkar olunmasına münasibət bildirib.

Şərif Əsədullayev qafqazinfo.az-a açıqlamasında qeyd edib ki, camaat haqlı olaraq “New life” kafesi haqqında rayon icra hakimiyyətinə şikayət edib: “Şikayətçilər həmin kafedə əxlaqsız adamların toplandığını bildiriblər. Onların dediyi fakt da öz təsdiqini tapıb. İdarənin əməkdaşları əməliyyat keçirib. Bununla əlaqədar də cinayət işi başlanıb. Hazırda istintaq gedir”.

Qeyd edək ki, müğənni Elçin Hüseynov isə jurnalistlərə açıqlamasında kafenin onun adına olmadığını və orada heç bir əxlaqsızlıq yuvasının fəaliyyət göstərmədiyini açıqlamışdı. Daha sonra E.Hüseynovun bacısının yoldaşı, müğənni Yusif Mustafayev həmin kafenin qaynına məxsus olduğunu təsdiqləmişdi.
Bolgexeber.com