BolgeXeber.Com » Gündəm » Ucarda Kərəm Həsənovun kadrı sakinlərin torpağını başqasına satıb-Şikayət

Ucarda Kərəm Həsənovun kadrı sakinlərin torpağını başqasına satıb-Şikayət

14-10-2014, 11:40
Oxunub: 3 213 Sakinlər prezidentə müraciət edirlər

Bolgexeber.com-un elektron poçtuna Ucar Rayon sakinləri tərəfindən şikayət məktubu daxil olmuşdur. Ucar Rayon sakinləri məktublarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin rəisi İsmayıl Rəhimovu saxtakarlıqda ittiham edirlər. Onlar bildirirlər ki, İsmayıl Rəhimov Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin rəisi vəzifəsində işləyən zaman 2011-ci il tarixdə Ucar rayonunun Azərbaycan küçəsi ərazisində yerləşən ayrı-ayrılıqda onlara məxsus olan qanunu torpaq sahələrini başqa şəxsə satıb , həmin adamın adına saxtakarlıqla sənədləşdirmişdir. Məktubu olduğu kimi təqdim edirik:

Ucar Rayon Sakinləri tərəfindən

M Ü R A C İ Ə T
“Hörmətli” Bolgexeber.com " İnformasiya Agentliyi !
Nəzərinizə şatdıraq ki, bizə məxsus qanunu torpaq sahələrimizi vəzifəli şəxs saxtakarlıq yolu ilə qanunsuz olaraq başqa şəxsə satıb, həmin adamın adına rəsmiləşdirib.Bu saxtakarlığı küllü miqdarda rüşvət hesabına edən İsmayıl Rəhimov hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin rəisi vəzifəsində işləyir. İsmayıl Rəhimov Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin rəisi vəzifəsində işləyən zaman 2011-ci il tarixdə Ucar rayonunun Azərbaycan küçəsi ərazisində yerləşən bizim hər birimizə ayrı-ayrılıqda məxsus olan qanunu torpaq sahələrimizi başqa şəxsə satıb , həmin adamın adına saxtakarlıqla sənədləşdirmişdir.Hansı ki , həmin torpaq sahələrini biz qanunu qaydada almışıq.Həmin torpaq sahəmizə həttda 2010-cu il tarixdə Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsindən çıxarışda verilib ki , həmin vaxt oranın rəisi İsmayıl Rəhimov idi .Necə olur ki , 2010-cu il tarixdə həmin torağa görə bizə reyestr çıxarışı verilir və 2011-ci il tarixdə həmin torpağa görə başqa şəxsə də reyestr çıxarış verilir.Bütün bunlar İsmayıl Rəhimovun Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsinin rəisi vəzifəsində işlədiyi zaman baş vermişdir.Qeyd edək ki,İsmayıl Rəhimov 2013-cü il tarixdə Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsindən 13 saylı Ərazi İdarəsinə rəis vəzifəsinə təyin edilmişdir.13 sayıı Ərazi İdarəsi Şirvan şəhərini, Salyan ,Neftçala ,Hacqabul ,Sabirabad və Saatlı rayonlarını əhatə edir.Hazırdada İsmayıl Rəhimov həmin rayonlarda quldur, saxtakar hərəkətlərini davam etdirir ki, bundan da yerli əhali çox əziyyət çəkirlər.İsmayıl Rəhimovun bizə qarşı etdiyi bu saxtakarlıq cinayət əməlidir ki, buna görə O, qanunu qaydada cinayət məsuliyyətinə cəlb edilməlidir.Onun bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308, 309, 311, 313 və 314 - cü maddələrinin tərkibini yaradır. Biz İsmayıl Rəhimovun bu cinayət əməli barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya , Baş Prokuror cənab Zakir Qaralova , Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə , Əmlak Komitəsinin cənab sədri Kərəm Həsənova və digər Orqanlara şikayət ərizələri ilə müraciətlər etmişik.Bu fakt tam korrupsiya cinayətidir.İnanırıq ki, şikayətimizi obyektiv araşdırıb qanunu tədbirlər görəcəklər. Mətbuat vasitəsi ilə də Prezident cənab İlham Əliyevə , Mehriban xanım Əliyevaya , Baş Prokuror cənab Zakir Qaralova , Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə və Əmlak Komitəsinin sədri cənab Kərəm Həsənova müraciət edirik ; bizim qadın olmağımızdan və özünün vəzifə səlahiyyətlərindən sui-istifadə edib torpaqlarımızı başqa şəxsə küllü miqdarda rüşvətə satan saxtakar, korrupsioner İsmayıl Rəhimov barəsində qanunu tədbir görülüb onun cinayət məsuliyyətinə cəlb edilməsinə tapşırıq verməyinizi xahiş edirik. İsmayıl Rəhimovun bu cinayət əməlinə etiraz olaraq biz 01 noyabr 2014-cü il tarixdən aclıq aksiyasına başlayacağıq. Xahiş edirik bizə kömək edin".
İmza; Ucar rayon sakinləri:
1) Kərimova Nigarxanım Oktay qızı Ucar rayonu 416-cı Taqanrok küçəsi ev 4 sakini
2) Əliyeva Kütah Məhəmmədəli qızı Ucar rayonu Gəraybəyli kəndi sakini
3) Hüseynova Süsanə Yusif qızı Ucar rayonu N.Nərimanov küçəsi ev 19 sakini
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq
Bolgexeber.com