Bakıda şadlıq sarayında görünməmiş cinayət – VİDEO
16-10-2014, 09:40
Oxunub: 4 241
Özünü bəyin iş yoldaşı kimi tanıdan qadın qonaqları soydu
Nizami rayonu ərazisində şadlıq saraylarında oğurluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb.
RPİ 24-cü polis bölməsinin əməkdaşları Nazilə Ələsgərovanın şikayəti əsasında Göyçay rayon sakini, 26 yaşlı Rəhimova Vüsalə İlham qızını yaxalayıblar.
O, Mikayıl Əliyev küçəsində yerləşən restoranlardan birinin qarşısında saxlanılıb. Şübhəli oğurluq etdiyi restorandan çıxarkən tutulub.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs bu əməlləri 4 yaşlı övladının yanında edib. O, toy mərasimi zamanı zala daxil olaraq, bəyin iş yoldaşı olduğunu bildirib.
Təhqiqatçı Mehbalı Rzayev deyib ki, qadının oradan oğurladığı çantada 300 manat pul və “Samsung” markalı telefon olub.
Kamera qarşısında danışmaq istəməyən Vüsalə Rəhimova əməlinə ehtiyacının olması ilə haqq qazandırmaq istəyib. İndiyədək iki fakt təsdiqlənsə də, polis onun digər cinayətlərdə iştirakını istisna etmir.
Bu şəxsi görüb tanıyanların və ya onun əməllərindən zərər çəkənlərin polisə müraciət etmələri xahiş olunur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər