Azərbaycanda ilk dəfə: Rüşvət verib ehsan süfrəsi açdılar
16-10-2014, 16:05
Oxunub: 11 152
“Bu işdə çadır mafiyasının rolu böyükdür”.
Azərbaycanda bəzi dövlət qurumlarının nümayəndələri yas mərasimlərinə gedərək rüşvət alıb ehsan süfrəsinin açılmasına göz yumurlar.
Bolgexeber.com xəbər verir ki, bunu movqe.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, ona bu günlərdə belə bir məlumat verilib ki, dövlət qurumlarından birinin səlahiyyətliləri ehsan süfrəsinin açıldığı yas mərasimlərindən birinə gedərək rüşvət alıblar:
“Məlumata görə, onlara ehsan süfrəsinin verilməsinə şərait yaratdıqlarına görə 200 manat məbləğində rüşvət verilib. Yas mərasimlərində dəbdəbəli ehsan süfrəsinin açılmasına çox təəssüf ki, vətəndaşlar əlavə xərcə düşməklə olsa belə, rüşvət verərək şərait yaradırlar. Yas mərasimlərində dəbdəbəli ehsan süfrəsinin açılmasında çadır mafiyasının rolu böyükdür. Onlar bu kampaniyanın dayandırılması üçün əməlli-başlı mübarizə aparırlar”.
Qeyd edək ki, son ay ərzində Azərbaycanda yas mərasimlərində dinin qaydalarına zidd olaraq, təmtəraqlı süfrə açılması ilə bağlı mübarizə aparılır. Dövlət qurumları əhalini bu istiqamətdə maarifləndirir və yas mərasimlərini daha təvazökar keçirməyə səsləyirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər