Bu gün bürcünüz nələr vəd edir?
18-10-2014, 09:00
Oxunub: 3 567
QOÇ — Oktyabrın ən maraqlı günlərindən birini yaşayacaqsınız
Uğurlu hadisələrlə rastlaşacağınız qaçılmazdır. Saat 16-18 arası riskli işlərə girişməyin. Əks təqdirdə uduzacaqsınız.
BUĞA — Bu gün planetiniz olan Venera aktivləşdiyindən sevindirici məqamlarla rastlaşacağınıza şübhə etməyin. Yeniləşmiş sevgi əlaqələri, təzə tanışlıqlar ovqatınızı xeyli yüksəldəcək.
ƏKİZLƏR — Ötən günlərin gərginliyi xeyli səngiyəcək. Bu səbəbdən də passiv fəaliyyət göstərməməli, əsas diqqətinizi ideal planların reallaşmasına yönəltməlisiniz. Ehtiyac sahiblərinə səxavət göstərin.
XƏRÇƏNG — O qədər də düşərli təqvim deyil. Hisslərinizi cilovlayın, kənar təsirlərə aludə olmayın. Sizə qarşı amansızlıq etmək istəyən hər kəsə sərt mövqe göstərin. Sevgidən ilham alın ki, mövcud gərginliyiniz ərisin.
ŞİR — Xoş təsadüflərlə zəngin bir gün yaşayacaqsınız. Bu isə ovqatınızı xeyli yüksəldəcək. Əgər hər addımda Tanrı qüdrətinə arxalansanız, gözəl məqamlarınız bol olacaq. Yalan vəd verməyin.
QIZ — Bu təqvimi bütünlüklə istirahətə həsr edin. Fiziki işlərdən nə qədər uzaq olsanız, bir o qədər rahatlıq tapacaqsınız. Yaxşı olar ki, pul problemləri barədə düşünəsiniz. İş müzakirələri də səmərəlidir.
TƏRƏZİ — Hiss olunur ki, darıxdırıcı günlər yaşayırsınız. Bu xoşagəlməzliyi dəf etmək istəyirsinizsə, müxtəlif ünvanlara baş çəkin. Hətta büdcənizdən asılı olaraq səfərə də çıxa bilərsiniz.
ƏQRƏB — Bu gün üçün pul əldə etmək müşkül məsələdir. Odur ki, bu barədə baş sındırmayın. Əsas diqqətinizi münasibətlər zəmininə yönəldin. Bəzi mübahisələriniz gözlənilir. Hər sözə ciddi yanaşmayın.
OXATAN — İxtiyarınıza verilən bu ərəfə ilk növbədə gələcək planların reallaşdırılması üçün səmərəlidir. İşgüzar sövdələşmələr, müzakirələr əhəmiyyətlidir. Saat 18-dən sonra ünsiyyətdə ehtiyatlı olun.
OĞLAQ — Astroloji göstəricilər bu gün üçün nəzərdə tutduğunuz perspektivlərin həyata keçəcəyini bəyan edir. Əgər səhhətinizi qorumağı bacarsanız, bu tövsiyələrə əməl edə bilərsiniz. Geyiminizə fikir verin.
SUTÖKƏN – Belə bir günü evdən kənarda keçirməyiniz məqsədəuyğun deyil. Yalnız bu halda xoşagəlməzliklər olmayacaq. Bütün planlarınızı başqa vaxta salın və hər mənada səbrli olun.
BALIQLAR — Ümumi çalarlarına görə, qənaətbəxş ərəfədir. Darıxmağınıza səbəb ola bilən hər hansı hadisə baş verməyəcək. Ulduzlar maddi gəlir üçün yaxşı imkan qazanacağınızı da bildirir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər