Bakıda maraqlı hadisə: insanlıq ölməyib - FOTO
20-10-2014, 09:30
Oxunub: 3 773
Bu günlərdə Bakıda maraqlı hadisə olub
Rövşən Rəhimov adlı bir istifadəçi Facebook-da belə məzmunlu status paylaşıb:
"Dünən evə gec çatdım. Binəqədi qəsəbəsində yaşayıram. Qonşularım əsasən məcburi köçkünlərdir. Evimizin yanında parklanma yeri olmadığından maşını qonşu binanın yanında saxladım. Beynimdən fikir keçdi ki, qonşu həyətin sakinlərinin xoşuna gəlməyəcək. Amma yorulmuşdum, həm də gec idi, risk elədim.
Səhər saat 11-də maşına yaxınlaşdım və sizin fotoda gördüklərinizi gördüm: şüşəni sındırıblar, hələ üstəlik, utanmayıb sellofan və skoçla səliqəylə bağlayıblar. Özümdən çıxdım - nə həyasızdırlar, fikirləşdim. Yaxşı ki, bunu edəni iş başında görməmişəm. Yəqin ki, xəstəxanalıq olardı. Neyləyim, həyətdə 200-dək adam yaşayır. Küçənin ortasında qışqırıb söyməyəcəkdim ki!.. Noutbuku yük yerinə atdım. Bunu eləyəni də Allaha tapşırdım.
Maşına oturub mühərriki işə saldım. Şüşələri qaldırdım. ...Hamısı salamatdır!..
Belə yaxşı əməli edən adamdan onun haqqında pis fikirləşdiyim, üstəlik, Allaha tapşırdığım üçün üzr istəyirəm. Sən demə, axşam evə yorğun gələndə pəncərəni açıq saxlamışam, bardaçokda isə mənim üçün vacib olan sənədlər vardı.
Bax mənim belə xeyirxah azərbaycanlı qonşularım var. Sizə də belələrini arzulayıram!" /milli.az/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər