BolgeXeber.Com » Gündəm » Zərdabın icra başçısından prezidentə şikayət-FOTO

Zərdabın icra başçısından prezidentə şikayət-FOTO

22-10-2014, 09:50
Oxunub: 3 801 "Sən demə, bütün bu korrupsiyanın, vəhşiliyin başında elə icra başçısı Lütfəli Babayev özü şəxsən dayanırmış"

Bolgexeber.com--un poçtuna Zərdab Rayonunun Çallı kənd sakini Zamanov Sovqat Nadir oğlu tərəfindən rayon icra başçısı və onun I müavini Allahverdi Səfərovun öz başınalığı və qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı şikayət məktubu daxil olub. Sözügedən şikayət məktubunu sizlərə təqdim edirik.

"Zərdab Rayonunun Çallı kəndi sakini Zamanov Sovqat Nadir oğlu tərəfindən
M Ü R A C İ Ə T

Mənim 62 yaşım var, bu yaşıma kimi indiyə qədər görmədiyim qanunsuzluqla üzləşmişəm ki, hələ də özümə gələ bilmirəm. Qoca, savadsız olmağımdan və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının 1- ci müavini Allahverdi Səfərovun göstərişi ilə haqq-halal torpağımda mişar daşından çəkdirdiyim 50 metr uzunluğunda hasarımı qanunsuz olaraq ekskavatorla vəhşicəsinə söküb yerlə -yeksan etmişdilər. Səbəb isə onu göstəriblər ki, guya mən həmin torpağı zəbt etmişəm və qanunsuz hasar çəkdirmişəm. Əslində isə həmin torpaq mənə məxsusdur ki, bunu təsdiq edən sənəd-sübut da var. Belə ki həyətyanı torpaq sahəm 2200 kv. metirdir ki, orada 50 metr uzunluğunda mişar daşından hasar çəkdirdim. Çallı kənd icra nümayəndəsi Ramiz Məmmədov gəlib mənə bildirdi ki, sən burada çəkdirdiyin hasar zəbt etdiyin torpağın üzərinə düşür. Mən bundan ötrü rayon rəhbərliyinə müraciət etdim, dedim qanunu torpağım olduğu üçün rayon rəbərliyi kömək edər.Rayon İcra başçısının müavini məndən 3000 manat pul istədi ki, hasar yerində qalsın, torpağı da sənə verəcəyik. Mən buna qəti olaraq etraz etdim. Səhəri gün başıma bu oyunu gətirdilər, qəzəblənib qanunsuz olaraq hasarımı uçurtdular. Qeyd edim ki, indiyə qədər elə bilirdim ki, bu qanunsuzluqdan, özbaşınalıqdan icra başçısı Lütfəli Babayevin xəbəri yoxdur. Sən demə, bütün bu korrupsiyanın, vəhşiliyin başında elə icra başçısı Lütfəli Babayev özü şəxsən dayanırmış. Çünki bu qanunsuzluq barədə ona göndərdiyim teleqramlara, şikayət ərizələrinə indiyə qədər cavab verməyib, qanunu tədbir görməyib.
Maraqlı bir faktı da qeyd edim ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin texniki səhvi üzündən bizə ayrılmış torpaq sahəsini sənəddə 2200 kv. m göstərmək əvəzinə 1922 kv.m göstərmişdir ki, bu barədə Callı bələdiyyəsinin sədrinin cavab məktubu var. Həmin məktubu mətbuata təqdim edirəm. Bu boyda qanunsuzluq, özbaşınalıq olmaz. Mən mərhum prezident Heydər Əliyevin imzası ilə 2002-ci il tarixdən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin saxtakarlıq, kələk yolu ilə pul qazanmaq ideyasını həyata keçirmək məqsədi ilə mənim əmlakımı məhv etmiş 1-ci müavin Allahverdi Səfərovunun cinayət əməlləri barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciətlər etmişəm. İnanıram ki, bu özbaşınalığı, qanunsuzluğu şəxsən cənab Prezident araşdırıb qanunu tədbir görəcək, mənə kömək edəcək".
Bolgexeber.com