İki piyadanı öldürən avtobus sürücüsü tutulub - RƏSMİ
3-11-2014, 16:05
Oxunub: 3 241
Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi paytaxtda baş vermiş ağır yol qəzası barədə birgə məlumat yayıb.
Bolgexeber.com xəbər verir ki, rəsmi qurumların birgə məlumatına görə, paytaxtın Nizami rayonunun hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadaların ölümünə səbəb olan sürücünün məsuliyyətə cəlb olunması təmin olunub.
Belə ki, noyabrın 1-də saat 17 radələrində Babək pospektində 1985-ci il təvəllüdlü Cəfərov Süleyman Vahid oğlunun idarə etdiyi 50 saylı marşrut xətti üzrə işləyən “Daewoo” markalı, 90-HA-841 dövlət qeydiyyat nişanlı avtobusla kobud şəkildə yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyadalar - 1982-ci il təvəllüdlü Rzayev Sahib Kamil oğlu və 1964-cü il təvəllüdlü Zeynalov Cabir Muxtar oğlunu vurması, sonuncuların aldığı xəsarətlərdən ölmələri faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayətin törədilməsində şübhəli bilinən S.Cəfərov tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər