Azərbaycanda ən populyar sayt hansıdır?
4-11-2014, 10:05
Oxunub: 4 034
Son bir ildə ölkədə ən çox istifadə edilən brauzer “Chrome” olub
“Global Stats” Analitik şirkətinin təhlillərinə əsasən məlum olub ki, Azərbaycanda ən populyar axtarış sistemi hazırda 64,46 faiz bazar payına malik olan “Google.az”dır.Bolgexeber.com bildirir ki,“qafqazinfo” RYTN-nin saytına istinadən xəbər verir ki, ikinci yeri bazar payı 6,64 faiz təşkil edən “Google.ru”, üçüncü yeri isə 5,4 faiz bazar payı ilə “Google.com.tr” tutur. İlk üçlüyə daxil olan axtarış sistemlərinin ardınca 5,15 faizlə “Google.com”, 7,09 faizlə “Yandex.ru” mövqelərini möhkəmləndirib. Sonrakı yerləri “Bing” və “Mail.ru” bölüşdürüb.
Son bir ildə ölkədə ən çox istifadə edilən brauzer “Chrome” olub. Belə ki, onun bazar payı 28,22 faiz təşkil edib. Brauzerlər bazarında ikinci yeri 3,5 faizlə “Opera”, üçüncü yeri “Safari” tutub. Sonrakı yerlərdə 2,84 faiz bazar payı ilə “Android”, 1,56 faizlə isə “Internet Exploer” qərarlaşıb.
Əməliyyat sistemləri üzrə araşdırmalar zamanı bəlli olub ki, ölkəmizdə ən çox istifadə olunan əməliyyat sistemi (ƏS) “Windows” dur. Hazırda Azərbaycanda “Windows 7” ƏS-nin bazar payı 63,01 faiz təşkil edir.
İkinci yeri 13,45 faizlə “Windows XP”, üçüncü yeri bazar payı 4,68 faiz təşkil edən “Android” ƏS tutur. Sonrakı yerlərdə “Windows 8” və “iOS” əməliyyat sistemləri bərqərar olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər