“İçməzdən əvvəl soyunun”:“Bakı Şərab 2“-nin məhsulunda rəzalət (Foto)
5-11-2014, 08:40
Oxunub: 3 464
Şirkət istehsal etdiyi içki məhsullarının üz qabığına nəzarət etmir
Ölkənin araq bazarında xüsusi çəkiyə və rola malik olan “Bakı Şərab 2″ ASC haqda ölkə mətbuatında çoxsaylı tənqidi məqamlar dərc edilib. Bu dəfə söhbət adıçəkilən müəssisənin istehsal etdiyi məhsulların üzərində əxlaqdan kənar ifadələr yazılmış bildirişlərdən gedir.
Savash.org-a göndərilən həmin fotodan da göründüyü kimi əvvəlcə təqdim edilən arağın hazırlanma resepturası verilir, burası ilə işimiz yoxdur. Əsl həngamə yarlığın üzərində daha iri hərflərlə yazılmış “İçməzdən əvvəl soyunun” sözləridir.
Təbii ki, indi qarşı tərəf bunun sırf texniki yanlışlıq olduğunu, cümlənin əslində “İçməzdən əvvəl soyudun” kimi nəzərdə tutulduğunu iddia edə bilər. Amma bu heç nəyi dəyişmir. Ölkənin əsas araq istehsalçılarından biri sayılan “Bakı Şərab 2″ ASC əgər yarlığın üzərinə yazılanlara belə nəzarət edə bilmirsə, həmin müəssisənin məhsullarının keyfiyyəti haqda hansı təminatı verə bilər?
Xatırladaq ki, «Bakı Şərab-2» ASC «Bakı Şərab-1» ASC-nin nəzdində fəaliyyət göstərir və şərab bazarında inhisara sahib olan bu iki nəhəngin sabiq kənd təsərrüfatı naziri, hazırda Baş nazirin müavini olan İsmət Abbasovun kurasiyasında olduğu bildirilir.
Qeyd edək ki, Bakı Şərab-2» ASC-nin sədri Rabil Hüseynovla bağlı mətbuatda dəfələrlə məlumatlar dərc olunub. Rabil Hüseynov İsmət Abbasovla kirvə olmaqla yanaşı həmçinin ölkəninin siyasi həyatında pərdə arxasında olsa da, ciddi rol alan keçmiş Baş prokuror hazırda səfir olaraq çalıan Eldar Həsənovla da qohumdur.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər