Tanınmış ekspert yerli istehsalımızı topa tutdu
5-11-2014, 16:10
Oxunub: 2 999
“Xaricdə bizim məhsulları alan yoxdur”
“Azərbaycanda istehsal olunan məhsulların xarici bazarlara çıxışı zəifdir. O səbəbdən ki, əksər mallar müvafiq tələbələrə cavab vermir və onu xarici bazarlarda almırlar”.
Bu sözləri Editor.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov söyləyib.
Onun sözlərinə görə, əksər şirkətlərin istehsal etdiyi məhsullar saxtadır: “Bu məhsullar müvafiq standartlara cavab vermir. Əvvəla, ölkəmizdə ərzaq təhlükəsizliyi haqqında qanun olsa da, işlək vəziyyətdə deyil. Digər yandan müvafiq dövlət qurumları özəl sektorda ciddi yoxlamalar həyata keçirmir. Təəssüf ki, həyata keçirilən yoxlamalardan sonra istehsal prosesi nəinki şəffaflaşmır, bu sahədə vəziyyət daha da pisləşir. Bunun da öz növbəsində kifayət qədər ciddi səbəbləri var. İstehlakçı hüquqları arxa planda qaldığına, bu səbəbdən sahibkarlar istədiyi məhsulu istehsal etdiyinə görə, xaricdə bizim malları almırlar. Bunun da günahını xaricilərdə yox, özümüzdə axtarmalıyıq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər