Rublun çöküşündən azərbaycanlılar necə ziyan çəkəcək?
6-11-2014, 09:15
Oxunub: 4 053
Rublun məzənnəsində dünən də sərt dəyişikliklər müşahidə olunub
Moskva birjasında gün ərzində dollar bir qədər də bahalaşaraq 45,05 rubl olub. Rublun məzənnəsinin oynaması Rusiyanın qiymətli kağızlar bazarına təsirsiz ötüşməyib. Rusiya Mərkəzi Bankının rublun məzənnəsini sərbəst buraxmaq barədə qərar qəbul etdiyi də bildirilir. Bu isə artıq o demək olacaq ki, Rusiya Mərkəzi Bankı rublun məzənnəsini sabit saxlamaq üçün bazara dollar çıxarmaq niyyətində deyil. Baş verənlər Azərbaycanda da maraqla müşahidə olunur. Rusiyanın Azərbaycanın yaxın ticarət partnyoru olması, bu ölkədə yaşayan soydaşlarımızın Azərbaycandakı ailələrinə maliyyə vəsaiti göndərməsi rublun məzənnəsinin etməsinin bizim iqtisadiyyata da təsirini qaçılmaz edir.
Bolgexeber.com xəbər verir ki, iqtisadçı Samir Əliyev azadlıq.info-ya bildirib ki, Rusiya Azərbaycanın yaxın ticarət tərəfdaşı olduğundan rublun məzənnəsindəki dəyişikliklərin bizə təsiri var. Azərbaycanın xarici valyuta qoyluşunda rublun üstünlük təşkil etmədiyini deyən S.Əliyev bildirdi ki, bununla belə baş verənlərin Azərbaycan vətəndaşlarına zərəri var: “Rusiyaya işləməyə gedən 2 milyon azərbaycanlının gəliri məhz rublda gəlir. Özü də bu maliyyəni qazananlar əsasən ailə başçılarıdır. Bu isə o deməkdir ki, vəziyyətin pisləşməsi 7-8 milyon insanı vura bilər. Artıq bir sıra nüfuzlu beynəlxalq təşkilatlar məlumat veriblər ki, vəziyyətin pisləşməsi Rusiya ilə bağlı olan ölkələrdə, xüsusilə Azərbaycanda iqtisadi duruma təsir edəcək”.
Məzənnənin düşməsi üzündən Azərbaycan vətəndaşının hər min rublda 5 manat itki ilə üzləşdiyini deyən S.Əliyev vurğuladı ki, Rusiyada təkcə valyutanın məzənnəsi düşmür, eyni zamanda ölkədə ümumi iqtisadi vəziyyət pisləşir. Bu isə o deməkdir ki, həm ölkədə biznes mühiti pisləşir, həm də biznesdən gələn gəlirin dəyəri enir: “Gələn il Azərbaycan vətəndaşları üçün Rusiyadan gələn gəlir daha da azala bilər. Çünki bu yay Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyada elə bir rəqibi yox idi. Amma gələn il Rusiya bazarına Iran, Türkiyə, Çin kimi ölkələr axışacaq. Bu isə Azərbaycan mallarını Rusiya bazarından çıxaracaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər