Fizuli Ələkbərovun federasiyasında qalmaqal
6-11-2014, 12:20
Oxunub: 3 567
Son vaxtlar Cüdo Federasiyasında axsamaların olması, idmançıların yarışlarda əvvəlki nəticələri göstərməməsi qurum daxilində böyük narazılıqlar yaradıb. Hətta Cüdo Federasiyasının uğursuzluğu rəhbərliyin də qəzəbinə səbəb olub.
Cüdo Federasiyasında maaş etirazı başlayıb. Belə ki, idmançılar iki aydır ki, federasiyadan maaşlarını tələb etsələr də, ala bilmirlər. Maaşların verilməməsinin səbəbi tam olaraq açıqlanmayıb. Onlara yalnız “bu yaxınlarda veriləcək, bir az səbr edin” deyilib.
Əməkhaqlarını ala bilməyən idmançıların isə məşqlərə həvəssiz yanaşdığı qeyd olunur.
Vəziyyətlə bağlı bəzi cüdoçular federasiyanın rəhbəri Fizuli Ələkbərovun özü ilə görüşmək istəyiblər. Ancaq bəzi səbəblər üzündən bu, baş tutmayıb.
Qeyd edək ki, Fizuli Ələkbərov iş adamı kimi tanınıb, nazir təyin olunduqdan sonra isə özünə məxsus “İmprotex Group” şirkətini həyat yoldaşı İradə Ələkbərovanın adına keçirmişdi. Ötən il oktyabrın 22-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsindən alınan F.Ələkbərov hazırda biznesinin başına keçib. Xatırladaq ki, geniş imkanlara malik “İmprotex Group”in biznes fəaliyyətinə bir sıra sahələr, o cümlədən bahalı yaxtaların satışı, turizm, ölkəyə sərnişin daşımada istifadə olunan avtobusların gətirilməsi də daxildir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər