Təhsil Nazirliyindən qəribə etiraf: "Bəzən müəllimlər də dərsdən qaçır"
6-11-2014, 14:20
Oxunub: 4 341
Təhsil Nazirliyi bununla bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edə bilər”
“Azərbaycanda eyni şagirdin adının müxtəlif məktəblərdə getməsi və məktəb direktorları tərəfindən müəyyən şagirdlərlə bağlı məlumatların gizlədilməsi hallarına rast gəlinir. Təhsil Nazirliyində həmin məktəb direktorları ilə bağlı məlumatlar var”.Bunu nazirlikdə keçirilən mətbuat konfransında nazirliyin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib. İ.Nağıyev bildirib ki, hətta nəinki şagirdlər, bəzən müəllimlər də dərsə getmirlər: “Bununla bağlı daha çox təbliğatı işlər görülməlidir. Azərbaycanda 4500-dən çox məktəb var. Təhsil Nazirliyinin resursları bütün məktəblərdə nəzarət etmək imkanı vermir. Şagirdlərin dərsə getməməsi halları isə daha çox kənd məktəblərində baş verir. Yəni uşaqlar dərsdən yayınaraq müxtəlif təsərrüfat işləri ilə məşğul olurlar”.
Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev isə bildirib ki, bu il təhsildə müəyyən ikili hallara yol verilməsi müşahidə olunub. Onun sözlərinə görə, onların siyahısı nazirlikdə var və hazırda təhlil gedir: “Elə hallar var ki, bir şagird iki məktəbdə qeydiyyatdan keçir. Əgər şagirdlər iki yerdə qeydiyyata düşürsə, onlar araşdırılır. Bundan əlavə, bir çox başqa hallar da var. Bəzi valideynlər müəyyən yaşdan sonra övladlarının məktəbə getməsini istəmir. Əgər valideynlər övladlarını məktəbə getməyə qoymurlarsa, Təhsil Nazirliyi bununla bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edə bilər” .
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər