BolgeXeber.Com » Gündəm » Abutalıbovun qardaşı yeraltı keçidi bağlatdırdı: Üstündə bina tikirlər - Video
Abutalıbovun qardaşı yeraltı keçidi bağlatdırdı: Üstündə bina tikirlər - Video
7-11-2014, 10:35
Oxunub: 3 460
Paytaxtımızda - Yasamal rayonu Füzuli küçəsi 248-ci məhəllədə "Qış bulvarı"na yeraltı piyada keçidinin çıxışı üzərində 5 mərtəbəli bina tikilir
Piyada keçidindən istifadə edə bilməyən vətəndaşların etdiyi şikayətlə bağlı, əməkdaşımız ərazidə çəkiliş aparıb. Məlum olub ki, tikinti "Qutan" MMC-nin sifarişi ilə "Alpina-A" MMC tərəfindən həyata keçirilir.
Vətəndaşların sözlərinə görə, tikinti başlayandan yeraltı piyada keçidinin çıxışı bağlanıb. Bununla da, insanlar hər gün bu yoldan keçərkən, həyatlarını təhlükəyə atmalı olurlar.
Sakinlərin bildirdiyinə görə, ən müasir standartlara uyğun olan piyada keçidi təzə inşa edilmişdi, onun tikintisinə ciddi xərc qoyulmuşdu.
Yasamal rayon İcra Hakimiyyətindən Aktual.az-a, məsələ ilə bağlı, Bakı Şəhər İcra hakimiyəti ilə əlaqə saxlamağı tövsiyə ediblər.
Bakı şəhər İcra Hakmiyətinin Tikintiyə Nəzarət şöbəsindən Azər Əhmədov tikinti şirkəti haqqında məlumatları qeyd edərək deyib ki, məsələ araşdırılacaq: "Yasamal rayonu üzrə kuratorları bu barədə məlumatlandıracam. Araşdırıldıqdan sonra məsələyə münasibət bildiriləcək".
“Yeni Müsavat”ın 8 Fevral 2012-ci il tarixli sayında “Alpina-A” şirkətinin gerçək sahibinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qardaşı olması yazılıb.
Mövzuya yenidən qayıdacağıq...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər