BolgeXeber.Com » Gündəm » “Meliorasiya və Su Təsərrüfatı” ilə “Azərsu” birləşdirilir?

“Meliorasiya və Su Təsərrüfatı” ilə “Azərsu” birləşdirilir?

7-11-2014, 14:40
Oxunub: 2 173 Azərbaycanda eyni funksiyanı icra edən bir çox strukturlar var ki, onların vahid mərkəzdən idarə olunması daha məqsədəuyğun hesab edilir.

Bolgexeber.com bildirir ki,modern.az-ın əldə etdiyi məlumatlara əsasən, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə “Azərsu” ASC-nin birləşdiriləcəyi gözlənilir. Bu iki qurumun yaxın vaxtlarda birləşərək vahid mərkəzdən idarə ediləcəyinin qaçılmaz olduğu vurğulanır.
Deputat Fazil Mustafa da sayta açıqlamasında bu birləşmənin tərəfdarı olduğunu söyləyib: “Əslində hər iki qurum eyni funksiyanı yerinə yetirir. Yəni biri kanalizasiya və içməli su təminatını, digəri isə suvarma işlərinin icarasını reallaşdırır. Mənim fikrimcə, işlərin mərkəzləşmiş qaydada aparılması daha məqsədəuyğun olar. Çünki bu strukturların ayrı-ayrılıqda fəaliyyəti bir-birini təkrarlaması anlamına gəlir.
Hesab edirəm ki, təkcə adları çəkilənlər deyil, daha bir sıra strukturlar var ki, birləşməlidir. Çeviklik üçün iki aparat əvəzinə bir idarəetmənin olması vacibdir”.