Azərbaycanlı deputat Bakı səfərlərinə 1 milyon xərcləyib
9-11-2014, 13:25
Oxunub: 3 733
Akif Sayadovun vəzifələrini onun müavini həyata keçirir
Bu barədə bir müddət öncə Komidə həbs edilmiş azərbaycanlı deputat Akif Sayadovun baş direktoru olduğu “Uxtaneftqazgeologiya” şirkətindən məlumat veriblər.
Şirkətdən hələlik Akif Sayadovun səlahiyyətlərinin İqor Yevgeneviç Romanova verildiyini bildirilib: “Akif Sayadovun maliyyə fırıldaqları ucbatından həbs olunmasına biz inanmırıq. Onun yerinə indiyə qədər baş direktor təyin edilməyib. A.Sayadovun səlahiyyətlərini isə Baş direktorun müavini olan İqor Yevgeneviç Romanov həyata keçirir”.
Həmyerlimizlə bağlı digər bir iddia isə Rusiya “Gazeta-respublika.ru” saytı tərəfindən irəli sürülüb. Saytın yazdığına görə, Sayadov tez-tez Azərbaycana səfər edib. Bu isə əsasən 2009-2013-cü illəri əhatə edib. Deputatın məhz bu səfərləri qanunsuz olaraq “Uxtaneftqazgeologiya”nın maliyyəsi hesabına həyata keçirilib. Milyonçu bunun üçün 1,2 milyon rubl (19762.78 AZN) xərcləyib.
Qeyd edək ki, Akif Sayadov oktyabrın 29-da həbs olunub. Onun həbs olunmasına ilkin əsas səbəb kimi maliyyə fırıldaqları və beynəlxalq terrorizmə dəstək verməsi göstərilib. Daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsi Sayadovu pulların qeyri-qanuni yolla leqallaşdırılmasında günahlandırıb.
Bəzi mənbələr isə Akif Sayadovun məhz Putinin əleyhinə çıxış etdiyi üçün həbs edildiyini vurğulayıblar. A.Sayadovun sırf biznes maraqları baxımından Putin siyasətini tənqid etdiyi də gələn xəbərlər sırasında yer alıb. Rusiyaya tətbiq edilən çoxsaylı sanksiyalardan əziyyət çəkdiyi və bunu Putinin yarıtmaz siyasəti ilə əlaqələndirdiyi, ölkənin uçuruma aparıldığı haqda çıxışlar etdiyi iddiaları sonda A.Sayadovun həbsinə yol açıb.
Onu da xatırladaq ki, 63 yaşlı A.Sayadov “Uxtaneftqazgeologiya” ASC-nin baş direktorudur. O, Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1990-cı ildə “Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər