BolgeXeber.Com » Gündəm » 2 aylıq körpənin müəmmalı ölümü - Bakıda

2 aylıq körpənin müəmmalı ölümü - Bakıda

10-11-2014, 11:15
Oxunub: 2 416 Valideynlər övladlarını beşikdə ölü tapıblar

Ötən gün Bakınn Səbail rayonunda körpə uşaq müəmmalı şəkildə dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarından ans press-ə verilən məlumata görə hadisə səhər saatlarında baş verib.

Paytaxtın Ə.Nəzimi küçəsində yaşayan ailənin 2 aylıq körpəsi beşiyində ölü tapılıb. Valideynlər saat 10 radələrində övladlarının cansız bədənini aşkarlayıblar.

Ölümün səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır.