Balakəndə bıçaqlanan ər arvadından şikayətçidir
10-11-2014, 12:10
Oxunub: 3 404
Balakən rayon sakini naməlum şəraitdə bıçaqlanıb
Bolgexeber.com xəbər verir ki, Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, rayonun Kortala kənd sakini, 1985-ci il təvəllüdlü Tural Akif oğlu Butdayev qarın boşluğunun kəsilmiş və daxilə nüfuz edən bıçaq yarası ilə xəstəxanaya daxil olub. T. Butdayevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.
Xəstəxanadan bildirilib ki, yaralı T. Butdayev xəstəxanaya daxil olarkən içkili vəziyyətdə olub. Üç ay əvvəl ailə həyatı quran T. Butdayev həkimlərə həyat yoldaşı tərəfindən bıçaqlandığını söyləyib.
Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə T. Butdayevin yaşadığı ünvanda baş verib. Onun həyat yoldaşı və valideynləri istintaqa ilkin ifadələrində Turalı evin həyətyanı sahəsində bıçaqlanmış vəziyyətdə aşkarladıqlarını söyləyiblər. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, T. Butdayevin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı araşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər