Təbii qaza möhtac qalan şəmkirli qadınlar yolu kəsdilər - ETİRAZ VAR
11-11-2014, 13:55
Oxunub: 2 530
Şəmkir Rayon Qaracaəmirli kənd sakinləri “Türk obyekti” deyilən ərazidən keçən yolu kəsiblər
Bu barədə Şəmkir Rayon Qaracaəmirli kənd sakinləri məlumat veriblər.Kənd sakinləri etiraz edən şəxslərin qadınlardan ibarət olduğunu bildiriblər. Onların sayı təxminən 50-60 nəfərdir. Qadınlar kəndə təbii qazın verilməməsinə etiraz edirlər. Hazırda əraziyə polislər gəlib və onlar kənd sakinləri ilə danışıqlar aparırlar.Şəmkir Rayon İcra Hakimiyyəti isə Qaracaəmirli kəndində bəzi yeni məhəllələrdə qazın olmadığından xəbərdar olduqlarını bildirib:
“Qaracaəmirli kəndinə qaz çəkilib. Burada qazdan əhali lazımı qədər istifadə edir. Amma orada salınan təzə məhəllələr var ki, bura üçün qaz layihəsi hazırlanmalıdır. Layihə isə nazirlik tərəfindən tərtib edilməlidir. Şəmkir Rayon Qaz İdarəsi layihəni artıq hazırlayıb. Narahatlığa elə bir səbəb yoxdur. Artıq layihənin smetası tutulub və yaxın müddətdə ora qaz çəkiləcək. Bizdə bunun haqqında məlumat var. Kənd sakinləri də müraciət etmişdi və onlara izah edildi ki, artıq layihə hazırlanıb”. axar.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər