BolgeXeber.Com » Gündəm » Bakı Mədəniyyət və Turizm İdarəsində qalmaqal

Bakı Mədəniyyət və Turizm İdarəsində qalmaqal

11-11-2014, 16:40
Oxunub: 2 395 Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Əlikram Əliyevlə musiqi və incəsənət məktəblərinin direktorları arasında narazılıq yaranıb. Onlar idarə rəisinin rəhbərliyi altında işləmək istəmirlər. Bu sözləri idarənin bir qrup işçisi yazaraq bildirib.

Onların dediklərinə görə, Əlikram Əliyev 65 yaş senzindən öz marağı üçün istifadə edir. Belə ki, hələ 65 yaşı tamam olmasına bir neçə ay qalmış direktorlara məcburi şəkildə ərizə yazdırılır. “Bununla razılaşmayanlara isə qanunsuz olaraq və İdarənin əmri olmadan yoxlama göndərilib təzyiqlər edilir. Əlikram Əliyev bu qanunsuz tələblərini davam etdirdikcə İdarədə xoş olmayan vəziyyətlər yaranacaq. Ə.Əliyev bu yaxınlarda küllü miqdarda maddi itkisi olub, bu barədə dəfələrlə yazılıb. Bunun əvəzini isə direktorları işdən çixarıb onların yerinə 30-50 min manata direktor təyin etdirmək istəyir”.

İşçilər deyirlər ki, artıq bütün qurumlara zorla Yeni il şənliklərinin biletləri paylanılıb. “Tələb olunur ki, 8 manata olan bu biletlərdən hər bir musqi məktəbi, mədəniyyət evi, kitabxanalar və muzeylər hərəsi 20-100 arası və daha çox olmaqla alsın. 120-130 manat maaş alan kasıb əməkdaşlara zorla bu biletlər satılır və almayanlara ciddi təsirlər olunur. Bizə kömək edin”.

Onların bildirdiyinə görə, Əlikram Əliyevin işçisi saytlara göndərilən şikayət məktublarının kim tərəfindən ötürüldüyünü öyrənməyə çalışır. “Bunu üçün Ə.Əliyev haqqında məlumat çıxan saytlara xaker hücumu edib onların e-maillərinə baxırlar. Və Ə.Əliyevin köməkçisi Ağakərim Əhmədov öz e-mailindən sayta məktub göndərən e-maile məktub göndərir ki, həmin adamın kimliyini öyrənsin. Ağakərim öz "[email protected]" adresindən e-mail göndərir. Bu adresin Ağakərimə aid olmasını isə bu saytlara baxıb bilmək olar:
http://www.autoday.az/content.php?lang=ru&page=7&id=572
https://birja.com/baki/dashinmaz_emlak/dashinmaz_emlak_satiram/torpaq_sahesi/6_sot_torpaq_satilir__3211425
Bu alqi-satqi saytlarinin birində Ağakərim 10-RS-810 nomrəli Mersedes markali avtomobili satışa çıxarıb. Digər saytda isə 6 sot torpaq sahəsinin elanı yerləşdirilib. Həmin linklərə baxarkən Ağakərimin e-mailini, adını və telefon nömrəsini açıq şəkildə görmək olar”.

Məlumatda deyilir ki, Ağakərim Əhmədov Dövlət Qulluğu Məsələləri Komissiyasının imtahanlarından kənar İdarənin Beynəlxalq əlaqələr sektoruna müdir təyin olunub. “Bunu linkə, İdarənin saytına baxıb görə bilərsiniz:
http://az.baku-art.com/index.php?newsid=37#.VGDdEDSsWuk”.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Jam.az