Əxlaqsızlıqla məşğul olan cinsi azlıqlar Yasamaldan getmir
13-11-2014, 11:15
Oxunub: 2 648
“Uşaqlar, qadınlar...”.
Yasamal rayonu, 3168-ci məhəllə, Moskva prospekti, 73A binasının sakinləri yenidən yaşadıqları ərazidə cinsi azlıqların əxlaqsızlıqla məşğul olmalarından şikayətçidirlər.
Sakinlər adından danışan Vahid Məmmədovun Bizimyol.info-ya bildirdiyinə görə, son zamanlar cinsi azlıqlar hər gecə onların yaşadığı ərazidə cəm olurlar: “Onlar Alatava qəsəbəsi istiqamətindən başlayaraq, metronun “20 yanvar” stansiyası istiqamətinə qədər toplaşaraq pulla cinsi əlaqə təklif edirlər.
Təkliflərini də ərazidə gerçəkləşdirirlər. Şəxsi avtomobili olan homoseksuallar isə “xidmət”lərini avtomobildə həyata keçirirlər. Deyim ki, onlara görə yaşadığımız əraziyə müştərilər cəm olurlar. Nəticədə yaşadığımız ərazidə sərbəst hərəkət edə bilmirik. Uşaqlar, qadınlar narahatlıq içindədirlər. İctimai əxlaqsızlıqdan gecələr yaşadığımız ərazidə hərəkət edə bilmirik”.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizimyol-a bildirildi ki, Yasamal Rayon Polis İdarəsinin rəhbərliyi sakinlərin narahatlığını nəzərə alaraq ərazidə fəaliyyət göstərən polislərə müvafiq tapşırıqlarını verib: “Sakinlərin haqlı narazılıqları, narahatlıqları başadüşüləndir. Odur ki, müvafiq tədbir həyata keçiriləcək. Belə tədbirlər nəticəsində öz hərəkətləri və davranışları ilə sakinlərin narazılıqlarına səbəb olan onlarla şəxs barəsində inzibati tədbir görüləcək”.
Qeyd edək ki, bir müddət əvvəl də həmin ərazidə eyni problemlər yaşanırdı. Saytımızda bu haqda yazılar dərc olunduqdan sonra polis ərazidə qayda-qanunu bərpa etmişdi. Cinsi azlıq nümayəndələrinin yenidən sözügedən ərazidə toplaşmağa başlaması problemin yenidən ictimailəşməsi zərurətini yaradır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər