Daha avtomobillərlə bağlı arayışı internetdən alacaqsınız
14-11-2014, 18:00
Oxunub: 3 640
"Elektron xidmət növlərinin siyahısı"na yeni xidmətlər əlavə edilib.
Axar.az xəbər verir ki, Nazirlər Kabinetinin 365 №-li qərarına əsasən, "Elektron xidmət növlərinin siyahısı"na nəqliyyat sahəsi üzrə yeni elektron xidmətlər əlavə edilib.
Azərbaycan Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti "Elektron xidmət növlərinin siyahısı"na “Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi” və “Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi” xidmətlərinin əlavə edilməsini qərara alıb.
Bundan sonra avtomobil sahibi zədələnmiş və ya axtarışda olub-olmaması ilə bağlı arayışı elektron formada ala biləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər