Azərbaycanda valyutadəyişmə məntəqələri rus rublundan imtina etdilər
14-11-2014, 20:00
Oxunub: 3 641
“Banklara bunu etmək sadəcə sərfəli deyil”
Bakıda bəzi valyutadəyişmə məntəqələri rus rublunu qəbul etmirlər.
Bu, Rusiyanın milli valyutasının məzənnəsinin davam edən azalması ilə bağlıdır.Rus rublu payız aylarından geosiyasi risklər və neftin qiymətinin ucuzlaşması fonunda növbəti azalma mərhələsini yaşayır.Məzənnənin zəifləməsi Rusiya Bankının noyabrın 5-dən valyuta müdaxilələrini dayandırmaq barədə qərarını açıqlamasından sonra sürətlənib. Bazar bu qərarı rublun sərbəst hərəkətə göndərilməsi kimi qəbul edib. Və nəticədə, rubl son üç gündə tarixi minimumları yeniləyib.
Azərbaycanlı ekspert Oqtay Haqverdiyev hesab edir ki, valyutadəyişmə məntəqələrinin rublun qəbulundan imtinası təbii prosesdir:
“Bu, tam məntiqlidir, çünki tələbat yoxdur. Banklara bunu etmək sadəcə sərfəli deyil” – deyə, o bildirib.
Ekspertin sözlərinə görə, əgər kimsə Azərbaycandan Rusiyaya səfər edərsə, onun özü ilə dollar aparması daha sərfəlidir, çünki Rusiyada dollara tələbat Azərbaycandan çoxdur. Burada isə dolları ondan başqa, daha aşağı məzənnə ilə alacaqlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər