Astroloji proqnoz — 18 noyabr
18-11-2014, 09:10
Oxunub: 2 561
QOÇ — Saat 9-10 aralığını nəzərə almasaq, qalan saatları normal tərzdə başa vuracaqsınız. Həyatınızda mühüm rolu olmayan, sizə qarşı soyuq münasibət bəsləməyən adamların şəxsi işlərinə müdaxilə etməsəniz, kimsə sizə qarşı qərəz nümayiş etdirməyəcək.
BUĞA – Praktiki işlərə aludə olmaqdansa nəzəri fəaliyyətə üstünlük verin. İdeal planlarınızın gerçəkləşməsində bunun rolu böyükdür. Ulduzlar maddi durumunuzun qənaətbəxş olacağını da istisna etmir.
ƏKİZLƏR – Mövcud durumunuzdan usanmaq yox, aktiv surətdə çıxış yolları aramalısınız. Əgər rahatlığınızın təminatı üçün başqa yol da tapa bilmirsinizsə, saat 16-ya qədər gözləmə mövqeyində durun.
XƏRÇƏNG — Böyük sınaqlar qarşısındasınız. Hər şey atacağınız addımlardan birbaşa asılı olacaq. Bu səbəbdən də bütün məsələləri dəfələrlə götür-qoy edib sonra qərar çıxarın. Hər adama da etibar etməyin.
ŞİR – Nahara qədər ciddi işlərinizin həllini təxirə salın. Sövdələşmə və müzakirələr üçünsə ümumiyyətlə, uğursuz ərəfədir. Bu gün yalnız ailə-məişət məsələləri ilə məşğul olmalısınız.
QIZ — Maliyyə zəminində çətinliyiniz mümkündür. Amma unutmayın ki, indi çoxları sizdən də pis yaşayır. Özünüzü kontrolda saxlayın, həmkarlarınıza qarşı təmkin göstərin. Səhhətinizə də fikir verməlisiniz.
TƏRƏZİ – Saat 11-13 aralığı daxilinizdə süstlük yaratsa da, sonrakı saatlarda ovqatınızda nəzərəçarpacaq dönüş yaranacaq. Deməli, narahatlığınız əridiyi üçün müəyyən işlər də görə biləcəksiniz.
ƏQRƏB — Ulduzların düzümü böyük irəliləyişlər astanasında olduğunuzu bəyan edir. Bu gün qarşıya qoyduğunuz vəzifələrin həllində kənardan dəstək alacağınız gözlənilir. Daxili səsinizə qulaq asın.
OXATAN – Bütün astroloji mənbələr ayın ən qalmaqallı gününü yaşayacağınızı göstərir. Ələlxüsus da saat 16-18 arası hər bir davranış və ünsiyyətinizdə təmkinli olmalısınız. Sıxıntınız olsa, müqəddəs bir məkana gedin.
OĞLAQ – Bürcünüz üçün kifayət qədər aktiv gündür. Bir neçə cinahdan xeyirli gedişlər edə bilərsiniz. Belə məqamlarda etibar etdiyiniz dostlarınızın dəstəyindən yararlanmaqdan da çəkinməyin.
SUTÖKƏN – Daxili tərəddüd və nigarançılığınızı duyan Göy qübbəsi saat 14-dən başlayaraq istər qarşılıqlı münasibətlərdə, istərsə də maddi durumunuzda əsaslı dönüş yaradacaq. O vaxta qədərsə səbli olun.
BALIQLAR – Mübahisəli bir gün yaşayacağınız gözlənilir. Ələlxüsus da iş yerində belə xoşagəlməzliklər daha çox qabara bilər. Əsəblərinizi cilovlamağa çalışın. Yalnız yaxşı şeylər barədə düşünün.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər