Qusarın icra başçısını onun birinci müavini əvəzləyə bilər
19-11-2014, 11:20
Oxunub: 3 567
Şair Alxasovun 5 illik dönəmi başa çatır
Qusar rayon icra hakimiyyətinin başçısı vəzifəsindən alınır. Bu barədə rayondakı mənbələr informasiya verib.
Xəbəri verən qaynaq bildirir ki, Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasovu hazırda Qusar RİH-də başçının birinci müavini postunu tutan Arif Məmmədovun əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Şair Alxasov Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizova yaxın şəxs hesab olunur və onun «yuxarılara» təqdimatda Sumqayıtın başçısının müstəsna rolu olub.
Alxasovun görəvdən alınması səbəblərinə gəlincə isə, mənbə bildirib ki, Alxasov artıq 5 ildir ki, Qusara rəhbərlik edir və onunla bağlı yeni təyinat qərarı da çıxa bilər.
Dia.az xatırladır ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. İcra Hakimiyyətinin Başçısı vəzifəsində 18.12.2007-ci il tarixindən çalışır. Ailəlidir, 1 oğlu, 2 qızı vardır.Dia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər