BTV-nin əməkdaşları Ucar rayonunda niyə saxlanıldı?
3-12-2014, 14:20
Oxunub: 3 571
Bölgəxəbər.tv -nin əməkdaşları Ucar rayonunda saxlanıldı.Bu gün saat 12:00 radələrində Ucar rayonunda BTV-nin(Bolgexeber.tv)əməkdaşları rayon icra hakimiyyətinin göstərişi əsasında yol polisləri tərəfindən saxlanılaraq,polis idarəsinə aparılıb,orada sorğu-sual edildikdən sonra icra hakimiyyətinə göndəriliblər.
Bildirək ki,əməkdaşlarımız televiziyamıza Ucar rayonundan daxil olan şikayət ərizələrini araşdırmaq üçün rayona ezam olunublar.Əməkdaşlarımız Ucar rayon icra hakimiyyətinə aparılaraq,heç bir əsas olmadan 2 saata yaxın müddətdə orada saxlanılıblar.
Məsələ ilə bağlı BTV-nin(Bolgexeber.tv) rəhbəri Vasif Turan bildirib ki,”Əməkdaşlarımızın yol polisləri tərəfindən saxlanılması düzgün deyil.Mən başa düşə bilmirəm ki,yol polislərinin əməkdaşlarımıza çəkiliş zamanı mane olması nə dərəcədə düzgündür?Əgər sürücünün sənədləri qaydasında deyilsə bu ola bilər.O halda polis şöbəsinə yox,yol polis şöbəsinə dəvət oluna bilər.Mən əminliklə bildirirəm ki,bu Ucar rayon İcra Hakimiyyəti və Polis idarəsi tərəfindən bizə olunan təzyiqdir.”
Vasif Turan onu da əlavə edib ki, məsələ ilə bağlı müvafiq qurumlara müraciət edəcəyik.Mövzuya qayıdacağıq!
BTV(Bölgexeber.tv)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər