Əli Əhmədov Azərbaycanda radikalizmdən danışıb
5-12-2014, 13:35
Oxunub: 3 354
Əli Əhmədov:” Radikalizmin kök saldığı yerdə inkişafdan danışmaq yersizdir."
”Əli Əhmədov Azərbaycanda radikalizmdən danışıb.“Azərbaycana bu və ya digər formada təsir göstərmək proseslərini yaşamaqdayıq. Bunların fonunda radikalizm deyilən bir anlayış özünü açıq şəkildə göstərməkdədir”.
Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Binəqədi rayon İcra Hakimiyyəti ilə birlikdə “Milli mənəvi dəyərlər: tarixilik, varislik və müasirlik” mövzusunda gənclərlə keçirdiyi görüşündə deyib.
O bildirib ki, Azərbaycan vətəndaşları radikalizmin sülh və sabitlik üçün nə qədər təhlükəli olduğunu yaxşı bilirlər:“Azərbaycanda dini radikalizm heç vaxt olmayıb, amma siyasi radikalizmin ölkəyə necə ziyan gətirdiyinin şahidi olmuşuq.
Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə gəlməsi ilə siyasi radikalizmə də son verildi və sabit inkişafın əsası qoyuldu”.
Ə. Əhmədov gənclərə xitabən deyib ki, sabitliyin, dincliyin olmadığı və əvəzində radikalizmin kök saldığı yerdə inkişafdan danışmaq yersizdir. O regionda baş verən hadisələri buna misal çəkərək bildirib ki, radikalizmin gücləndiyi yerdə heç bir dialoqdan da söhbət gedə bilməz və bu da fəlakətlə nəticələnəcək.(APA)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər