BolgeXeber.Com » Gündəm » Yol polisinə əl qaldıran narkomanlar həbs edildi - TƏFƏRRÜAT

Yol polisinə əl qaldıran narkomanlar həbs edildi - TƏFƏRRÜAT

5-12-2014, 18:00
Oxunub: 4 131 Baş vermiş hadisə ilə bağlı olaraq mediada yarımçıq yayılan informasiyalar artıq tam aydınlaşıb.

Bolgexeber.com: - Bu ilin noyabr ayının 16-da Azərbaycan mediasında yol polisi iləvətəndaş arasında bir insident barədə yarımçıq bir informasiya yayıldı. Saat 16:00 radələrində baş verən insdent Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun 135-ci kilometrliyində baş vermişdi. Baş vermiş hadisə ilə bağlı olaraq mediada yarımçıq yayılan informasiyalar artıq tam aydınlaşıb. Apardığımız araşdırmalar zamanı bəlli olub ki, əslində yol polisləri ilə Sürücü Vüsal Əhmədov və onun sərnişini Oqtay Qarayev heç də haqlı deyillərmiş. Hadisə ilə bağlı olaraq aparılan rəsmi araşdırmalar və əldə edilmiş məlumatlar daha dəqiq informasiyaların ortaya çıxması ilə nəticələnib.
Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Balakişi Əhmədovun baş vermiş hadisə ilə bağlı bizə təqdim etdiyi rəsmi informasiyadan aydın olur ki, əslində insidentin yaranmasında birmənalı olaraq sürücü və onun sərnişini səbəb olub. Hadisənin təfərrüatlarına keçməzdən öncə, B.Əhmədovdan aldığımız rəsmi məlumatı diqqətinizə çatdırırıq. Məlumata əsasən 16.11.2014-cü il tarixdə Saat 16:00 radələrində baş verən insdent Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun 135-ci kilometrliyində yerləşən 718 saylı Yol Patrul Xidmətinin daimi postunda xidmət aparan əməkdaşlar tərəfindən nazarət qaydasında VAZ 21074 markalı 90 HO 877 dövlət qeydiyyat nömrə nişanlı avtomobili saxlayıb. Avtomobilin sürücüsü icbari sığortası olmadığından. İnzibati protokolun tərtib edilməsinə görə, posta dəvət edilib. İnspektorun hərəkətləri ilə razılaşmayan sürücüsü, Vüsal Elman Oğlu Əhmədov, polis əməkdaşlarını nalayiq söyüşlərlə təhqir etməyə başlayıb. Bundan sonra avtomobildə olan sərnişinlər, iki qadın və bir kişi bunu görərək V.Əhmədova dəstək olaraq xidmət aparan YPX inspektorlarını, polis serjantları Anar Xəlilova və Nətiq Qədirova hücum edərək onlarla əlbəyaxa olublar. Bununla yanaşı sürücü Vüsal Əhmədov stolun üstündə olan su stəkanı ilə Anar Xəlilovun baş nahiyəsinə zərbələr endirib. Nəticədə isə Anar Xəlilov boyun nahiyəsindən kəsilmiş yaralar alıb.
YPX əməkdaşları, onları nizam-intizama dəvət ediblər. Buna baxmayaraq onlar qanunların tələblərinə riayət etməyərək müqavimət göstərməyə başlayırlar. Bundan sonra isə yol polisləri Zaqatala Rayon Polis Şöbəsinə məlumat veriblər. Zaqatala polis idarəsinin əməklaşları hadisə yerinə gəldikdən sonra saxlanılan şəxslərin üzərinə baxış keçirən zaman avtomobilin yük yerindən 60 ədəd 16 kalibrli patron və avtomobildə olan sərnişin Oqtay Qarayevin üzərindən 5.4 qram narkotik maddə olan həhiş aşkar edilib. Qanunların təlblərinə uyğun olaraq sürücü və sərnişinlər Zaqatala Rayon Polis Şöəbsinə aparılıblar. Hadisədən sonra insident nəticəsində xəsarət alan Dövlət Yol Polisi əməkdaşı Anar Xəlilov Zaqatala Rayon Mərkəzi Xəstəxanasında müalicə olunub və ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, bəzi informasiya vasitələrində baş vermiş insidentlə əlaqədar olaraq tam olmayan məlumatların yayılmasından sonrap həmçinin də araşdırma apardıq və bəlli oldu ki, baş vermiş insidentlə bağlı həbsolunmuş şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Rəsmi məlumata görə, Vüsal Əhmədov barəsində CM-nin 315.2-ci (xuliqanlıq), sərnişin Oqtay Qarayev barəsində isə CM-nin 234.1 (narkotik maddələrin daşınması) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, baş vermiş insident zamanı xəsarət alan Anar Xəlilov bildirir ki, o dəfələrlə sürücü və sərnişinləri qaydalara riyayət etməyə dəvət etsə də buna nail ola bilməyib.
Apardığımız ətraflı araşdırmalar nəiticəsində bəlli olur ki, əslində hadisənin detalları bəlli olduğundan prossesdə dəfələrlə nəzakətli davranışa dəvət edilən vətəndaşlar buna riayət etmək istəməyiblər. Və baş verən insidentin tam təfərrüatları yol polisi əməkdaşlarının vəzifələrini böyük nəzakətlə yerinə yetirdiklərinin tam aydın olur.