Bu gün rabitəçilərin peşə bayramıdır
6-12-2014, 13:30
Oxunub: 4 392
Bu gün rabitə və informasiya texnologiyaları sahəsində çalışanların peşə bayramıdır.
Bolgexeber.com xəbər verir ki, Azərbaycan Prezidentinin 2 dekabr 2006-cı il tarixli sərəncamına əsasən hər il dekabr ayının 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.6 dekabr Azərbaycanda ilk telefon xəttinin çəkilişi tarixinə təsadüf etdiyindən bu təqvim həm də rabitənin təşəkkülü kimi də təqvimə düşüb.
Poçt rabitəsinin çox qədim tarixi olsa da Azərbaycanda ilk telefon xətti 1881-ci ildə Bakıda “Nobel Qardaşları Cəmiyyəti” tərəfindən çəkilib. Azərbaycanda rabitə və informasiya texnologiyaları xüsusilə son illərdə sürətlə inkişaf edir.
2013-ci ilin fevral ayında Azərbaycan ilk telekommunikasiya peyki “Azerspace-1” peykini orbitə çıxarıb. “Elektron hökumət” layihəsində böyük işlər görülüb. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin və İnformasiya Texnologiyaları Universitetinin yaradılması istiqamətində görülən işlər sektor üzrə həyata keçirilən işlərin bir qismidir.
Azərbaycan rəqəmli fərqliliyin aradan qaldırılması və regionun İKT mərkəzinə çevrilməsi istiqamətində bir sıra mühüm irimiqyaslı regional layihələr həyata keçirir.
Bu mənada TransAvrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsini qeyd etmək olar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər