Metro və avtobusların qənimi-ÖZƏL
14-12-2014, 16:35
Oxunub: 4 137
Ictimai nəqliyyatda özünü apara bilməyən kişilər.
Demək olar ki, bir çoxumuz hər gün ictimai nəqliyyatdan istifadə edirik. Avtobus və metro həyatımızın ayrılmaz hissəsinə çevrilib. Buna baxmayaraq bir çoxumuz ictimai nəqliyyatda özünü idarə edə bilməyən gənclərlə rastlaşırıq.
Düzü bu yaxınlarda metroda belə bir hadisə başıma gəlib. Bu yazını yazmağa məni işdən evə gələndə metroda yaşadığım xoşagəlməz hadisə vadar etdi. Bəzi gənc oğlanlar pik saatlarında yaşanan sıxlıqdan istifadə edərək xanımların rahatlığına mane olur.
Sıxlıqdan istifadə edərək xanımlara narahatlıq yaradırlar. Bəlkə də yazdığım bu yazı bir çox xanımların ürəyindən xəbər verir. Belə bir halların yaşanması çox üzücüdür. Bir çoxumuz belə olduqda kimə və haraya müraciət etmək lazım olduğunu bilmirik. Bir çoxumuz həmin anda nə ilə qarşılaçacağımızı bilmədiyimiz üçün də enəcəyimiz dayanacağa qədər susmağa məcbur oluruq. Belə olan halda hər şey qalır həmin hərəkəti edən əks cins nümunəsinin insafına.
Mənim həmin anda necə hərəkət etdiyimi soruşsanız bildirim ki, düşəcəyim dayanacağa qədər səbr etdim. Yolun sonuna az qalmış narazıçılığımı bildirib qatardan endim.
Sonda üzümü bu yazını oxuyan kisilərə tutub demək istəyirəm ki, çalışın özünüzü ictimai nəqliyyatda ələ alasınız. Hər halda nalayiq hərəkət etdiyiniz hər bir qadın öz canımızdan, qanımızdan olan qadınlardır.
Nəzərə alın ki, bilməsəniz belə bir gün sizin ana, bacı və ya xanımınız da bu cür halla rastlasa bilər.
Siz etməyin sizə də etməsinlər.
Raisə Ədalətqızı
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər