Nərimanovda Əliyar Əliyevi anım günü keçirilib -FOTOLAR
15-12-2014, 13:20
Oxunub: 3 964
Milli Qəhrəman Əliyar Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
13 dekabr 2014-cü il tarixdə Nərimanov rayonunda Milli Qəhrəman Əliyar Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib.Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Əliyar Əliyevin döyüş yoldaşları, doğmaları və veteranlar iştirak edib.Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova Prezident cənab İlham Əliyevin Vətən uğrunda şəhid olanların ailələrinin və müharibə veteranlarının yaşayış şəraitlərinin yaxşılaşdırılmasını və sosial problemlərinin həllini daim diqqət mərkəzində saxladığı və onları qayğı ilə əhatə etdiyini qeyd edib.
İ.Mahmudova vurğulayıb ki, məhz Nərimanov rayonunun küçələrindən biri Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin adını daşıyır və ailəsi hal hazırda rayon sakinləridir.Daha sonra çıxış edən O.Səmədov və Əliyar Əliyevin döyüş yoldaşları öz xatirələri ilə bölüşərək, Vətənin igid oğlunun həyat yolundan və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışdılar.Əliyar Əliyevin ailə üzvləri Dövlətin onlara və şəhid olmuş ailə başçısının xatirəsinə göstərilən qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər