Gəlini və nəvəsini amansızlıqla qətlə yetirən qadın danışdı
15-12-2014, 23:30
Oxunub: 3 494
Xatırladaq ki, hadisə dekabrın 10-da gecə saatlarında qeydə alınıb.
Suraxanı rayonunda Bakıda gəlinini və nəvəsini qətlə yetirməkdə təqsirli bilinən 40 yaşlı Şərqiyyə Hüseynova Suraxanı rayon prokurorluğunun müstəntiqi və əməkdaşları tərəfindən hadisə yerinə gətirilib.
Bolgexeber.com-un məlumatına görə, təqsirləndirilən şəxs birgə yaşadığı gəlini 20 yaşlı Elnarə Nəcəfova və 6 aylıq nəvəsi Emilyanı necə qətlə yetirdiyini ibtidai istintaqa izah edib. Çəkiliş qrupunun hadisə yeri ilə tanışlıq prosesində iştirakına rayon prokurorluğunun əməkdaşları icazə verməyiblər.
Onlar bunu təqsirləndirilən şəxsin özünü narahat hiss etməsi ilə əlaqələndiriblər. Xatırladaq ki, hadisə dekabrın 10-da gecə saatlarında Suraxanı rayonunda, Zeytun bağları adlanan ərazidə qeydə alınıb. Orada kirayədə qalan 40 yaşlı Şərqiyyə Hüseynova birlikdə yaşadığı gəlini 20 yaşlı Elnarə Nəcəfova ilə mübahisə etdikdən sonra yerdən götürdüyü daş parçası ilə gəlinin başına bir neçə zərbə vurub.
Ağır kəllə beyin travması alan Elnarə Nəcəfova hadisə yerində ölüb. Bundan sonra hadisəni törədən Şərqiyə Hüseynova evə girərək, 6 aylıq nəvəsi Emilyanı boğaraq amansızlıqla qətlə yetirib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər