Yanukoviç beynəlxalq axtarışa verildi-FOTO
12-01-2015, 18:00
Oxunub: 4 048
Keçmiş baş nazir Nikolay Azarov da axtarılır
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və onun oğlu, iş adamı Aleksandr Yanukoviç İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün “Facebook” səhifəsində yazıb. A. Avakov bildirib ki, keçmiş baş nazir Nikolay Azarov, baş nazirin keçmiş müavini Raisa Boqatıryova, sabiq maliyyə naziri Yuri Kolobov və “Ukrtelekom”un sabiq rəhbəri Georgi Dzekon da axtarışa verilib. “İttiham olunan bir sıra digər şəxslərlə bağlı da İnterpol xətti ilə iş aparılır”, - deyə nazir söyləyib.
Qeyd edək ki, ötən ilin dekabrında Ukraynanın baş prokuroru Vitali Yarema İnterpolun V. Yanukoviç haqqında beynəlxalq axtarış elan etmək istəmədiyi barədə açıqlama vermişdi. V. Yanukoviç Maydan hərəkatı zamanı nümayişçilərə atəş açılması və onların ölümünə səbəb olmaqda, korrupsiya və digər qanunsuz əməllərdə ittiham olunur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər