BolgeXeber.Com » Gündəm » Bakının məşhur "ZARA"mağazasında biabırçı vəziyyət-FOTO

Bakının məşhur "ZARA"mağazasında biabırçı vəziyyət-FOTO

13-01-2015, 10:50
Oxunub: 3 296 "28 Mall" ticarət mərkəzindəki ZARA geyim mağazasındakı vəziyyət malların qiymətləri ilə müqayisədə çox ucuzdur

"28 Mall"dakı ZARA mağazasında qiymətlərin hansı həddə olduğunu bilirdim. Onu da bilirdim ki, ZARA özünü orta və yüksək təbəqəyə xidmət göstərən sanballı brend kimi təqdim edir. Ancaq bilmirdim ki, mağazanın geyinmə otaqları ticarət mərkəzindəki tualetlərlə də müqayisə oluna bilməz".

Bolgexeber.com xəbər verir ki, bu sözləri Radio ANTENN-in aparıcısı Əzizə İsmayılova özünün Facebook səhifəsində yazıb.

Mağazaya alış-veriş etməyə gedən aparıcı gördüklərindən şoka düşüb. Bahalı brend mağazasında belə natəmizliyin şahidi olacağı heç ağlına da gəlmirdi.

"Sanki geyinmə otağına deyil, zibil qabına girirsən! Kabinalarda toz dizə qədərdir. Satıcılardan biri dedi ki, xadimələrə pul vermək istəmirlər. Ona görə də geyinmə otaqları bu gündədir", - xanım aparıcı qeyd edib.

Əzizə İsmayılova şahid olduğu görüntü ilə bağlı mağazanın meneceri ilə də söhbət edib. Aralarındakı dialoq belə olub:

- Ora çirklidir, çünki çatdırmırıq.

- Necə çatdırmırsınız? Özünüz şəxsən təmizləyirsiniz?


- Əlbəttə ki, yox!

- Satıcılar təmizləyir?

- Xeyr.

- Bəs xadimələr başqa işlə də məşğul olurlar?

- Xeyr... Biz sadəcə çatdırmırıq...
Bolgexeber.com