Ukraynada 5 günə 600 rus separatçısı məhv edilib
24-01-2015, 16:30
Oxunub: 3 281
Ukrayna Müdafiə Nazirliyi 17-22 yanvar tarixlərində Donbassda gedən şiddətli döyüşlərlə bağlı statistikanı açıqlayıb
Nazirlik bu müddət ərzində Donetsk və Luqansk vilayətləri (Donbass) ərazisində 600-ə yaxın separatçının və Rusiya əsgərinin öldürüldüyünü bildirib: “Qarşı tərəfdən təxminən 175 nəfər yaralanıb. İtkilərin yekun sayı daha çox ola bilər, çünki düşmən bəzi yaralıları döyüş meydanından çıxara bilib”. Eyni müddətdə Ukrayna ordusu qarşı tərəfin 14 tankını, 43 ədəd zirehli texnikasını, 14 ədəd “Qrad” və “Uraqan” qurğusunu, 28 ədəd özüyeriyən artilleriya qurğusunu, 15 ədəd avtomobil texnikasını məhv edib. Təkcə Donetsk aeroportunda 85 silahlı öldürülüb, 53-ü yaralanıb, 7 tank, 12 zirehli texnika, 9 ədəd avtomobil və 1 ədəd MT-12 topu sıradan çıxarılıb.
Ukrayna tərəfinin itkilərinə gəlincə isə, Müdafiə Nazirliyi göstərilən müddət ərzində Silahlı Qüvvələrin 18 hərbçisinin həlak olduğunu, 235 əsgərin yaralandığını açıqlayıb. Bundan başqa, separatçılara əsir düşən əsgər və zabitlər də var. 1 tank, 7 zirehli texnika, 2 top, 7 ədəd avtomobil texnikası itirilib.
Qeyd edək ki, separatçılar da öz növbəsində Ukrayna tərəfinin itkilərinin daha çox olduğunu iddia edir və Ukrayna tərəfinin bu itkiləri gizlətdiyini bildirirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər