BolgeXeber.Com » Gündəm » Ukrayna ordusu 60 rus hərbçisini məhv etdi

Ukrayna ordusu 60 rus hərbçisini məhv etdi

26-01-2015, 14:05
Oxunub: 3 313 Luqansk vilayətinin Smeloe və Vesyolaya Qora yaşayış məntəqələrində Ukrayna ordusu tərəfindən 60-a yaxın rus hərbçisi və separatçı, eyni zamanda bir neçə tank məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə “Şimal” operativ komandanlığının mətbuat mərkəzindən məlumat verilib.

Mərkəzdən verilən məlumata görə, buna baxmayaraq separatçılar Rusiya ordusunun dəstəyilə artilleriya zərbələri endirir, 31-ci blokpostu tutmağa və 29-cu blokda nəzarəti bərpa etməyə çalışırlar.

Ukrayna Anti-Terror Mərkəzinin zabiti Leonid Matyuxin ordu qüvvələrinin Mayorskaya yaxınlığında rus-terrorçu dəstələrinin hücumunu dayandırdığını və separatçıların geri çəkildiyini bildirib.

“Quldurlar “Qrad” qurğularından Popasnaya, Troitskoe, eləcə də Debaltsevo, Novoqorod və Luqanskoe yaşayış məntəqələrini atəşə tuturlar”, - Matyuxin deyib.