BolgeXeber.Com » Gündəm » Aytən Səfərovadan icra başçıları və rektorlara qınaq

Aytən Səfərovadan icra başçıları və rektorlara qınaq

6-02-2015, 10:35
Oxunub: 3 451 ANS-in aparıcısı Aytən Səfərova icra başçılarını qınaq obyektinə çevirib.

Bolgexeber.com-un məlumatına görə, aparıcı “Salam, Azərbaycan” verilişində bunları deyib:

“Saytlarda icra başçılarının qəbul günü yazılır. Amma o görüşdə icra başçısını görən olmur. Öz yerinə müavinlərini göndərir. Onlarla görüşmək üçün rayonlardan nə qədər insan gəlir. Camaatı aldatmaq olmaz. Sizi ora xalqa xidmət üçün təyin ediblər. Təkəbbür yox, siyasi mədəniyyət lazımdır. Bəzən ağsaqallarla elə danışırlar ki, adam şoka düşür. Hamımız azərbaycanlıyıq, rəhmli olmalıyıq. Universitetdə rektorlar yerlərində oturmur, insanlarla görüşmürlər. Adamlarda ikrah hissi yaratmaq olmaz. Gün ərzində bizim qaynar xəttə bununla bağlı nə qədər şikayət gəlir”.