İşçilərə maaş verməyən müdirdən şok cavab... - Rəsmən harınlıqdır
6-02-2015, 16:00
Oxunub: 3 905
"Niyə hər sahibkar işçiləri ilə necə istəyirsə, elə də davranır?”
Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “Lapera” tikiş sexində çalışan işçilər rəhbərlikdən şikayət edir.
Axar.az xəbər verir ki, tikiş sexinin sahibi Vüqar Mehdiyev 3 aydır ki, işçilərin maaşını vermir.
Yaxın qohumunun sözügedən müəssisədə çalışdığını deyən Vasif Sədərov əməkdaşımıza bildirib ki, rəhbərlik pulun olduğunu, lakin verilmədiyini açıq şəkildə bildirib:
“Dolanışığımız çətindir. Yaxın qohumum həmin tikiş sexində çalışır. 3 aydır ki, maaş ala bilmir. Müdir açıq şəkildə bildirib ki, pul var, amma vermirəm. Məgər bu ölkədə qanun yoxdur? Niyə hər sahibkar işçiləri ilə necə istəyirsə, elə də davranır?”
V.Səfərov bildirib ki, V.Mehdiyev işçilər qarşısında tələb qoyub: “O, işçilərə deyib ki, bir işçi həftə ərzində 1800 ədəd alt paltarı tikərsə, onun maaşı veriləcək. Planı doldura bilməyən işçilərin isə maaşı verilməyəcək. Dünən 3-4 nəfərin maaşının yarısını verdi. Amma digər işçilər hələ də maaşını ala bilməyib”.
Məlumatı təsdiq edən sahibkar V.Mehdiyev mart ayına qədər maaşları verəcəyini dedi: “Mart ayına kimi bütün işçilərin maaşı veriləcək. Dünya dağılmır ki? Bir az dözsünlər. Elə zənn etsinlər ki, heç işləməyiblər”.
İşçilərin verdiyi məlumata görə, sahibkar işə götürdüyü işçilərlə əmək müqaviləsi də bağlamır. Belə olan təqdirdə qanunsuz fəaliyyət göstərən istehsal müəssisəsinin vergidən yayınma hallarına yol verməsi də istisna olunmur.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər