BolgeXeber.Com » Gündəm » Qubad İbadoğlu Müsavat Partiayasından çıxarıldı

Qubad İbadoğlu Müsavat Partiayasından çıxarıldı

7-02-2015, 13:00
Oxunub: 4 018 Müsavatın Divanı Qubad İbadoğlunu partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edib

Səsvermə zamanı bu qərarın lehinə 12 nəfər səs verib, bir nəfər isə bitərəf qalıb.Müsavat başqanının müavini Elman Fəttah bu qərarı jurnalistlərə izah edərkən bildirib ki, Qubad İbadoğlunun partiya sıralarından xaric edilməsinin səbəbi onun Divanın iclasını tərk etməsi, partiya nizamnaməsini kobud surətdə pozan davranışlara yol verməsi və son vaxtlar partiyanın əleyhinə yönəlmiş fəaliyyətlə məşğul olmasıyla bağlıdır. Qubad İbadoğlu Divanın müzakirəsini "formal" adlandırıb: "Əgər, videoçəkilişə imkan verilsəydi, cəmiyyət Divanda hansı səviyyədə insanların olduğunu və qərar verdiyini yaxşı görərdi. Məhz bu baxımdan, icazə verilmədi. Təəsüf ki, şərəfli bir yol keçmiş bir partiya görün, hansı yerlərə gəldi. Bu gün atılan addımlar davam edəcək. Neçə-neçə əqidəli müsavatçının partiyadan xaric olunması davam edəcək. Başqanlığa sabiq namizəd Tural Abbaslının da bu haqsızlığa tuş gələcəyi qaçılmazdır. Konkret partiyada bir şəxs tərəfindən idarəçilik sisteminin formalaşdırılması istiqamətində siyasət gedir. Bu qərar sifarişlidir. Tək bir insanın qərarı ola bilməz. İctimaiyyət bu qərarı qınayacaq".

Q.İbadoğlu Müsavat Divanının qəbul etdiyi qərarı "yanlış və əsassız" adlandırıb.(musavat.com)