«8-ci km bazarı»nın yeni sahibinin adı məlum oldu
7-02-2015, 20:15
Oxunub: 5 688
İnvestisiya müsabiqəsinin qalibi elan edilib
«8-ci km bazarı»nın yeni sahibinin adı məlum oldu.«8-ci km Ticarət Mərkəzi» ASC-nin özəlləşdirilməsi ilə əlaqədar keçirilən tenderin qalibi Bəhram Qurbanov olub. Bəhram Qurbanov tanınmış biznesmen Rasim Qurbanovun oğludur.Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na və Azərbaycan prezidentinin 17 iyul, 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş «İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları»na müvafıq olaraq «8-ci km Ticarət Mərkəzi» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi.Müsabiqədə iştirak etmək üçün üç iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilib. Azərbaycanın müvafıq nazirlik və təşkilatlarının nümayəndələrinin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən, hər üç iddiaçı iştirakçı statusunu əldə edib. Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə baxdıqdan sonra 16 yanvar, 2015-ci il tarixində açıq səsvermə yolu ilə qərar qəbul edib və investisiya müsabiqəsinin qalibi elan edilib.Müsabiqənin şərtlərinə əsasən, müsabiqə qalibi dövlət büdcəsinə 312 min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, 6 ay ərzində müəssisəyə 1 milyon 180 min 760 manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb.
Bölgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər