BolgeXeber.Com » Gündəm » Bələdiyyə sədri Mehdiabadda hər evdən 100 manat tələb edir - Küçələrə qrabil tökmək üçün

Bələdiyyə sədri Mehdiabadda hər evdən 100 manat tələb edir - Küçələrə qrabil tökmək üçün

9-02-2015, 16:45
Oxunub: 6 115 Bələdiyyə sədri küçələrə qrabil tökmək üçün üçün vətəndaşlardan pul istəyir

Mehdiabad bələdiyyə sədri ilə icra nümayəndəsinin başı torpaq alverinə qarışıb

Ölkəmizdə 2015-ci il Avropa Olimpiya oyunlarına hazırlıqlar davam etdirilsədə, Bakının bir çox qəsəbə və kəndlərində keçilməz yollar, bərbad küçələr qalamqda davam edir.

Ölkə prezidenti dəfələrlə məmurlara tapşırıq verib ki, vətəndaşların sosial həyatını, durumun düzəltmək üçün gecə gündüz işləmək lazımdır. Ancaq bir çox məmurlar Dövlət Başçısının bu tapşırığını ya qulaq ardına vurur yada göz yummaqdan gəlir. Paytaxtın problemli ərazilərindən biridə Mehdiabad qəsəbəsidir.

Adı çəkilən qəsəbənin yolları qış aylarında elə bir bərbad günə düşür ki, burada yaşayan sakinlər evlərini qoyub qaçmaq məcburiyyətində qalırlar. Mehdiabad sakinlərinin AzFakt.com-a göndərdikləri şikayət məktubunda deyilir ki, qəsəbənin məmurlar yaşayan hissəsinin küçələri asfaltlandığı üçün palçığ yoxdur. Ancaq məmur olmayan vətəndaşların yaşadığı küçələrdə isə palçqıdan tərpənmək olmur. Şikayətdə qeyd olunur ki, “İmkanlı məmurlar öz şəxsi vəsaitləri hesabına küçələrini düzəltdirə bilirlər bizim isə buna heç cür imkanımız çatmadığı üçün hər zaman palçığın içindəmi qalcağıq? Sakinlər bildirirlər ki, Mehdiabad qəsəbə nümayəndəsi Bayram İbrahimov və bələdiyyə sədri Əbülfət Nuriyev küçələrimizin halından xəbərdar olsalarda onların başları torpaq alverinə və evlərin sənədləşdirilməsindəki maxinasiyaya qarşıb. Halbuki Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli sərəncamı ilə 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial - iqtisadi inkişafına dair Dövlət Proqramı təsdiq edilib.Həmin proqramda paytaxt qəsəbələrinin sosial problemlərinin həll edilməsi və iqtisadı inkşafın yüksəldilməsi nəzərdə tutulub. Ancaq cənab prezidentimizin bu qayğıkeş addımına Əbülfət Nuriyev və Bayram İbrahimov kimi məmurlar kölgə salaraq, heç bir iş görmürlər.

Şikayət məktubunda qeyd olunur ki, konkret olaraq Abşeron rayonu Mehdiabad qəsəbəsi “Üzümçü” (qaz idarəsi deyilən ərazi) küçəsində vəziyyət çox acınacaqlıdır. Adı çəkilən küçədə vaxtı ilə normal asfalt örtüyü olub. Ancaq 2012-ci ildə qaz və su xətlərinin çəkilməsi ilə əlaqədar yollar qazıldı və bərbad hala düşdü. Hal-hazırda bu ərazidən nəinki, avtomobillə hətta piyada keçmək mümkünsüz olub. Qəsəbə sakinləri qeyd edir lər ki, “ küçəmizdəki acınacaqlı vəziyyətlə bağlı dəfələrlə icra nümayəndəsi Bayram İbrahimova və bələdiyyə sədri Əbülfət Nuriyevə müraciət etsəkdə heç bir müsbət cavab ala bilməmişik”. Əbülfət Nuriyev bizə deyir ki, “hər bir ev 100 manatdan pul yığsın əraziyə qrabil daşıtdıraq”. Görəsən qəsəbədəki evlərədən yığılan vəsaitlər kimin cibinə gedir? Həmin vəsaitin bir hissəsini Əbülfət Nuriyevlə Bayram İbrahimov bərbad küçələrin düzəldilməsinə sərf edə bilməzlər? Ancaq hazırda onalrın yadına heçnə düşmür. Çünki Mehdiabad bələdiyyə sədri Əbülfət Nuriyevin başı torpaq alverinə qarışıb. Bələdiyyə sədri qəsəbədə 1 sot torpağı 12-15 min manata sataraq hər il yüz min manatlarla qazanc əldə edir. Qeyd edək ki, AzFakt.com-a Mehdiabad bələdiyyə sədri Əbülfət Nuriyevin yüksək gərginlikli elektrik xətlərinin altındakı torpaqları qanunsuz satması ilə bağlı daxil olan ilginc informasiyanı dəqiqləşdirdikdən sonra oxucalara təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc verməyə hazırıq.