BolgeXeber.Com » Gündəm » Səlim Müslümovun qohumu Ağsu RİH başçısı postunda 10 ilini tamamlamaq istəyir

Səlim Müslümovun qohumu Ağsu RİH başçısı postunda 10 ilini tamamlamaq istəyir

10-02-2015, 11:05
Oxunub: 3 541 Amma situasiya onun əleyhinə işləyir…

«Neçə müddətdir barəsində şikayətlərin artdığı Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin məsələsi artıq həllini tapıb».Bolgexeber.com bildirir ki, bunu dia.az-a bilgili qaynaqlar xəbər verib. Məlumatı verən mənbə iddia edir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yaxın qohumu olan Acsu RİH başçısı dəfələrlə «yuxarıların» tənqid hədəfinə çevrilsə də, nazir qohumunun sayəsində vəzifəsini qorumağa müvəffəq olub.

Mənbə iddia edir ki, amma yaranmış son vəziyyət Müslümovun da əl-qolunu bağlayıb. Belə ki, keçən ilin yekun hesabatlarından Ağsu RİH-nin şübhəli maliyyə əməliyyatları ortaya çıxıb. Buna qədərsə Ənvər Seyidəliyev həm də barəsində ən çox şikayətlər olunan icra başçısı kimi diqqətə gəlmişdi.

Səlim Müslümovun qohumu Ağsu RİH başçısı postunda 10 ilini tamamlamaq istəyir

Mənbənin söylədikləri: «Ənvər Seyidəliyevin vəzifədən alınması qərarı əslində keçən ilin sonlarında verilmişdi. Və gözlənilirdi ki, Quba, Ucar və Göyçay rayon icra hakimiyyəti başçılarının yerdəyişdirilməsi zamanı bu qərar da elan olunsun. Amma Səlim Müslümov Ağsudan getmək istəməyən Ənvər Seyidəliyevi qoruya bildi».

Mənbə bir maraqlı məlumatı da açıqladı: «Səlim Müslümov qohumuna dəfələrlə başqa işləri təklif etsə də, Ənvər Seyidəliyev razılaşmayıb və bildirib ki, Ağsudan heç bir yerə getmək istəmir. Hətta nazir öz qohumunun başqa bir rayona təyin olunmasına da artıq çaba göstərmir».

Səlim Müslümovun qohumu Ağsu RİH başçısı postunda 10 ilini tamamlamaq istəyir

Bildirək ki, 8 ildir Ağsunu idarə edən Ənvər Seyidəliyev 10 ili bitməmiş heç bir yerə getmək istəmədiyini də qohumuna söyləyib. Amma indi aydın olanı odur ki, Ənvər Seiydəliyev nahaq yerə qohumunun «xidmətlərindən» imtina edib: «Çünki vəziyyət dəyişib və qarşıdan gələn parlament seçkiləri ərəfəsində bir neçə rayonda situasiya dəyişikliyinə gediləcək ki, onlardan biri də Ağsudur. Və bu da Ənvər Seyidəliyevin görəvdən alınması ilə müşaiyət olunacaq. Prosesin nə zaman start götürəcəyi isə yaxında bəlli olacaq».

Bütün bu iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…