Yüz minlərlə manatı götürüb yoxa çıxan üç qadın tutuldu
11-02-2015, 13:30
Oxunub: 4 251
Bu şəxslər xeyli sayda insandan işə düzəltmək adı ilə 800-1500 manat arasında pul alıblar
Mingəçevir, Qazax və Bərdədə yüzlərlə insanı aldadaraq onlardan işə düzəltmək adı ilə pul alan, daha sonra da aradan çıxan üç qadın tapılıb.
Bolgexeber.com virtualaz.org-a istinadən xəbər verir ki, həmin qadınlar dünən axşam saatlarında saxlanılıblar.
Mingəçevir, Qazax və Bərdədə insanlardan pul alaraq onları kurslara, uşaqlarını isə uşaq bağçalarına düzəltmək adı ilə pul alan Pərvanə Tağıyeva, Ülkər Sanılı və Vüsalə Mahmudova dünən axşam Mingəçevirdə saxlanılıblar. Onlar hazırda polis şöbəsində dindirilir.
Xatırldadaq ki, Mingəçevir, Bərdə və Qazaxda hazırlıq kursları, uşaq bağçaları açan bu şəxslər xeyli sayda insandan işə düzəltmək adı ilə 800-1500 manat arasında pul alıblar. Lakin sonradan ya bu şəxslər işə götürülməyib, ya da işə götürülənlər maaşlarını ala bilməyiblər.
Qeyd edək ki, onlar təhsil mərkəzlərini və uşaq bağçalarını “T-Group” Tədris Mərkəzi adı altında açıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər