BolgeXeber.Com » Gündəm » Səlim Müslümovun Yasamaldakı adamı problem yaradır

Səlim Müslümovun Yasamaldakı adamı problem yaradır

12-02-2015, 08:40
Oxunub: 4 094 Nazirə şikayət olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi dəyişdirildikdən, yəni Səlim Müslümovun adıçəkilən quruma gətirilməsindən sonra bu sahədə bir sıra dəyişikliklərə imza atıldı. Əsasən də nazirliyin nəzdində fəaliyyət göstərən tibbi sosial ekspert komissiyalarının (TSEK) fəaliyyətində ciddi dönüş baş verdi. Lakin hələ də müxtəlif yollarla saxta əlliklik dərəci verən TSEK-lər var. Misal kimi, Yasamal rayon Tibbi Sosial Ekspert Komissiyasını göstərmək olar.

Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, Yasamal TSEK-in sədri Aydın Həsənov sağlıq durumunda heç bir problemi olmayan vətəndaşlara əlillik dərəcəsinin verilməsini təmin edir: «Bu gün Yasamal TSEK-də əlillik dərəcələrinin müəyyənləşdirilməsi işində ciddi nöqsanlar var və elə bunun nəticəsidir ki, saxta əlillik dərəcələrinin sayı durmadan artır. Onun rəhbəri olduğu Yasamal TSEK-də asanlıqla əlillik dərəcəsi almaq mümkündür. Belə ki, 1-ci, 2-ci və 3-cü qrup əlillik dərəcəsinin əldə olunması üçün "tələb"lər bir-birindən fərqlənir. Ümumiyyətlə, Yasamal TSEK və onun sədri Aydın Həsənovun nöqsanlı fəaliyyəti sakinləri cana doydurub. Bir də görürsən ki, Yasamal TSEK əmək qabiliyyətini itirən şəxsin haqqı olan əlillik dərəcəsini təyin etməkdən boyun qaçırır. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Saxta əlillik dərəcəsi almaq istəyənlərin tələbləri isə bir sıra yollara baş vurmaqla həll olunur. Ümumiyyətlə, Yasamal TSEK-in sədri Aydın Həsənov əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun əhaliyə yüksək xidmət göstərilməsi istiqamətindəki tapşırıqlarına əml etmir. Belə ki, o, ekspertizadan keçən, xəstəliyi məlum olan və xəstəliyə görə pensiya müəyyənləşən insanları incitməkdə davam edir. Düzdür, Aydın Həsənov bir müddət normal xidmət göstərməyə başlasa da, yenidən öz köhnə şakərinə dönüb. Məhz elə bu səbəbdən də bir qrup Yasamal rayon sakini yaxın vaxtlarda Səlim Müslümovun qəbuluna düşməyi və TSEK sədrindən nazirə şikayət etməyi planlaşdırırlar. Çox guman ki, bundan sonra Aydın Həsənovun tutduğu vəzifədən kənarlaşdırılması ilə bağlı qərar qəbul oluna bilər». GünBakı