BolgeXeber.Com » Gündəm » Şəkinin icra başçısı sahibkar xanimdan rüşvət istəyir? - Video

Şəkinin icra başçısı sahibkar xanimdan rüşvət istəyir? - Video

12-02-2015, 18:35
Oxunub: 3 117 "Ya 20 min manat ver, ya da 20 ton Ukrayna armaturu»

Rəna Abdullayeva: «İcra başçısının tələbi ilə Şəki RİH aparatının hüquqşünası, başçının köməkçisi qanuni yerimin təyinatının dəyişdirilməsi üçün məndən 20 min manat pul və ya 20 ton armatur istədilər…»

Dünən redaksiyamıza Şəki şəhər sakini, sahibkar xanım Rəna Abdullayeva şikayətə gəlmişdi. Şəki rayon RİH başçısı Elxan Usubovun iki dəfə qəbulunda olan tanınmış sahibkar müvafiq sərəncam və özəlləşmə sənədi ilə ona məxsus yanacaqdoldurma məntəqəsinin təyinatının dəyişdirilərək mağaza tikdirməsi üçün sərəncam verməsini xahiş edib.Başçı hüquqşünasa, müavininə, köməkçisinə, memara, bələdiyyə sədrinə tapşırıq verir ki, belə işgüzar xanıma mütləq kömək lazımdır, onu hətta prezident də tanıyır və s. Xanım aidiyyəti şəxslərin yanında olur, deyirlər ki, «İşə başla, sərəncam hazırlanacaq… Amma bunun, Məşədi İbada deyildiyi kimi, bir balaca xərci var. Ya 20 min manat ver, ya da 20 ton Ukrayna armaturu».

Qısası, sahibkar xanım canından bezib 5 min manat verməyə razılaşır, qalanını isə sonra verməyə məcbur olur. Amma…

Rəna Abdullayeva əməkdaşımıza geniş video müsahibə verib. Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova ünvanlı şikayəti təqdim edirik. (tezadlar.az)